HƏMAS rəhbərinin oğlu Qəzzada öldürüldü
HƏMAS rəhbərinin oğlu Qəzzada öldürüldü Modern.az xarici mediaya istinadən xəbər verir ki, Qəzzada HƏMAS rəhbərlərindən biri olan Xəlil əl-Həyyanın oğlu Azzam əl-Həyyanın öldürüldüyü bildirilir HƏMAS-a yaxın media orqanlarının yaydığı məlumata görə, Azzam əl-Həyyə Qəzza şəhərinin Əd-Dərəc məhəlləs

HƏMAS rəhbərinin oğlu Qəzzada öldürüldü Modern.az xarici mediaya istinadən xəbər verir ki, Qəzzada HƏMAS rəhbərlərindən biri olan Xəlil əl-Həyyanın oğlu Azzam əl-Həyyanın öldürüldüyü bildirilir HƏMAS-a yaxın media orqanlarının yaydığı məlumata görə, Azzam əl-Həyyə Qəzza şəhərinin Əd-Dərəc məhəlləsinə endirilən hava zərbəsi zamanı həlak olub İsrail mediası yazır ki, məlumat təsdiqlənərsə, bu, Xəlil əl-Həyyanın İsrail ordusunun əməliyyatları zamanı öldürülən ikinci oğlu olacaq Belə ki, 2025-ci ilin sentyabrında Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinin qərargahına endirilən zərbə nəticəsində onun digər oğlu Humam əl-Həyyə də həyatını itirmişdi Həmin hücum zamanı Xəlil əl-Həyyanın sağ qaldığı və hazırda da HƏMAS-ın xaricdə fəaliyyət göstərən kollektiv rəhbərliyində təmsil olunduğu qeyd edilir. Bu rəhbərlik təşkilatın keçmiş lideri Yəhya Sinvar öldürüldükdən sonra formalaşdırılıb
Diğer Haberler

Qazaxıstanda çoxmənzilli binaların qızdırılması üçün qazın qiymətlərinin dövlət tənzimlənməsi tətbiq olunacaq - Vlast analitik onlayn jurnalı

Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
