Hindistan Özbəkistanın ÜTT-yə üzv olmasını dəstəkləyib
Özbəkistan və Hindistan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük çərçivəsində bazara çıxış üzrə ikitərəfli danışıqları uğurla başa çatdırıblar. Tərəflər danışıqların nəticələrini birləşdirmək üçün protokol imzalayıblar Bu barədə Özbəkistanın ÜTT-yə daxil olması üzrə danışıqların baş rəhbəri Azizb

Özbəkistan və Hindistan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük çərçivəsində bazara çıxış üzrə ikitərəfli danışıqları uğurla başa çatdırıblar. Tərəflər danışıqların nəticələrini birləşdirmək üçün protokol imzalayıblar Bu barədə Özbəkistanın ÜTT-yə daxil olması üzrə danışıqların baş rəhbəri Azizbek Urunov məlumat verib O qeyd edib ki, bazara çıxışla bağlı razılıq 2024-cü ildə əldə olunsa da, protokolun mətninin əlaqələndirilməsi və texniki baxış proseslərinin müəyyən edilməsi müəyyən vaxt tələb edib Azizbek Urunov Hindistan tərəfinin danışıqların substantiv hissəsinə konstruktiv yanaşma nümayiş etdirdiyini qeyd edərək, Özbəkistanın ÜTT-yə üzvlüyü prosesinə verdiyi dəstəyə görə ölkə rəhbərliyinə və rəsmilərinə təşəkkürünü bildirib O, həmçinin protokolun imzalanmasında Özbəkistanın Hindistandakı səfiri Sərdar Rüstəmboyev və Hindistanın Özbəkistandakı səfiri Smita Pantın səylərini xüsusi qiymətləndirib Bildirilib ki, imzalanmış protokolun əsl nüsxələrindən biri yaxın vaxtlarda Ümumdünya Ticarət Təşkilatının Katibliyinə təqdim olunacaq və Özbəkistanın üzvlük sənədləri paketinə daxil ediləcək Bu saziş Özbəkistanın ÜTT-yə daxil olması prosesinin mühüm mərhələlərindən biri hesab olunur


