Tenqri
Ana Səhifə
Dünya

“Hindistanlıların olduğu gəmilərə ABŞ hücum edib” - XİN

“Son günlərdə Oman sahillərində hücuma məruz qalan Hindistan gəmilərinə ABŞ Hərbi Dəniz Qüvvələri zərbə endirib” 525.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval bildirib "Palau bayrağı altında üzən MT Settebello tankerinə hücuma görə biz Ameri

0 baxış525.az
“Hindistanlıların olduğu gəmilərə ABŞ hücum edib” - XİN
Paylaş:

“Son günlərdə Oman sahillərində hücuma məruz qalan Hindistan gəmilərinə ABŞ Hərbi Dəniz Qüvvələri zərbə endirib” 525.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval bildirib "Palau bayrağı altında üzən MT Settebello tankerinə hücuma görə biz Amerika tərəfinə qəti etirazımızı çatdırdıq. ABŞ-ın müvəqqəti işlər vəkilini çağırdıq, ona artan hücum sayı ilə bağlı dərin narahatlığımızı və qəti etirazımızı ifadə etdik. Bu hücumlar ərazidə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilib", - XİN rəsmisi deyib Əlavə edib ki, hər üç gəmi xarici bayraqlar altında üzür və Hindistana məxsus deyillər Son bir neçə gün ərzində Hörmüz boğazında göyərtəsində Hindistan vətəndaşları olan üç gəmiyə hücum edilib. Hadisələr nəticəsində üç nəfər həlak olub, digərləri xilas edilib Hindistan XİN Yaxın Şərqdə ticarət gəmilərinə və mülki infrastruktura hücumlara son qoyulmasına və beynəlxalq su yollarında sərbəst və maneəsiz naviqasiyanın mümkün qədər tez bərpa olunmasına çağırıb

Kaynak: 525.az

Diğer Haberler