Gəmi hücumundan sonra Hindistandan ABŞ-a etiraz notası
Rəsmi mənbələr Hindistan Xarici İşlər Nazirliyinin ABŞ-ın müvəqqəti işlər vəkilini bu həftə ikinci dəfə çağırdığını və Oman sahillərində gəmilərə edilən hücumlarla bağlı etiraz notası göndərdiyini bildirib Yeni Dehli administrasiyası bu həftə ABŞ-ın Oman sularında ticarət gəmisinə hücumundan sonra

Rəsmi mənbələr Hindistan Xarici İşlər Nazirliyinin ABŞ-ın müvəqqəti işlər vəkilini bu həftə ikinci dəfə çağırdığını və Oman sahillərində gəmilərə edilən hücumlarla bağlı etiraz notası göndərdiyini bildirib Yeni Dehli administrasiyası bu həftə ABŞ-ın Oman sularında ticarət gəmisinə hücumundan sonra ilk etiraz notasını verib Hindistanın Limanlar, Dənizçilik və Su Yolları naziri Sarbananda Sonowal daha əvvəl bildirmişdi ki, Oman sahillərində ABŞ ordusu tərəfindən vurulan və hamısı Hindistan vətəndaşı olan 24 nəfərlik ekipajı olan Palau bayraqlı "MT Settebello" tankerində 3 dənizçi həlak olub “The Times of India” qəzetinin xəbərində Oman Hərbi Dəniz Qüvvələrinin Hindistanın Maskatdakı səfirliyi ilə koordinasiyada tankerdə qalan 21 nəfərlik ekipajı xilas etdiyi bildirilib


