Hindistanda qayıq batdı: 3 nəfər ölüb, 3 nəfər itkin düşüb
Hindistanın Uttar Pradeş ştatında bir ailəni daşıyan qayığın çayda aşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər itkin düşüb. Ötən gecə Hindistanın şimalında Uttar Pradeş ştatının Hamirpur bölgəsindən keçən Yamuna çayında qayıq qəzası baş verib Toy mərasimindən sonra meyvə yığmaq üçün çayın qarşı sahil

Hindistanın Uttar Pradeş ştatında bir ailəni daşıyan qayığın çayda aşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər itkin düşüb. Ötən gecə Hindistanın şimalında Uttar Pradeş ştatının Hamirpur bölgəsindən keçən Yamuna çayında qayıq qəzası baş verib Toy mərasimindən sonra meyvə yığmaq üçün çayın qarşı sahilinə çıxan 9 nəfərlik ailəni daşıyan qayıq güclü yağış səbəbindən geri dönərkən aşıb. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada, suya düşən 9 nəfərdən 3-nün öz imkanları və ərazidəki balıqçıların köməkliyi ilə xilas edildiyi bildirilib Bölgəyə ezam olunmuş milli və yerli axtarış-xilasetmə qruplarının səyi nəticəsində biri qadın olmaqla 3 nəfərin cəsədi tapılıb. Çayda itən 3 uşağın axtarış-xilasetmə işlərinin dalğıcların iştirakı ilə davam etdirildiyi bildirilib. Səlahiyyətlilər axtarışların davam etdiyi və çətin şəraitlə əlaqədar insanları çay sahillərindən uzaq durmağa çağırıb


