Hindistan səfirliyində Rabindranat Taqorun doğum günü qeyd edilib
Hindistanın Bakıdakı səfirliyi görkəmli şair, filosof və Nobel mükafatı laureatı Qurudev Rabindranat Taqorun doğum günü münasibətilə xüsusi ədəbi tədbir təşkil edib 525.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi, Azərbaycan Dillər Universitetinin (ADU) tələbə v

Hindistanın Bakıdakı səfirliyi görkəmli şair, filosof və Nobel mükafatı laureatı Qurudev Rabindranat Taqorun doğum günü münasibətilə xüsusi ədəbi tədbir təşkil edib 525.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi, Azərbaycan Dillər Universitetinin (ADU) tələbə və müəllim heyəti, media nümayəndələri, Hindistan diasporunun üzvləri, ədəbiyyat həvəskarları iştirak ediblər Proqram çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri Rabindranat Taqorun seçilmiş şeirlərini həm Azərbaycan, həm də ingilis dillərində səsləndiriblər. Ədəbi ehtirama gözəl bir jest olaraq, tələbələr böyük Azərbaycan şairi Nizami Gəncəvinin dünya şöhrətli “Leyli və Məcnun” əsərindən bir parçanı da səsləndirərək, onun əbədi irsinə ehtiramlarını bildiriblər Səfir Abhay Kumar çıxışında Qurudev Rabindranat Taqora dərin ehtiramını ifadə edərək onun gənc istedaddan dünya miqyasında tanınan ədəbi şəxsiyyətə çevrilən möhtəşəm həyat yoluna nəzər salıb. Səfir Taqorun dünyanın müxtəlif ölkələrinə səfərlərini, o cümlədən Azərbaycana səfərini xatırladıb, 2011-ci ildə Bakıda Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən onun 150 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu vurğulayıb. O, həmçinin Taqorun əsərlərinin bu gün də geniş şəkildə öyrənildiyini və müxtəlif dillərə tərcümə olunduğunu, onun “Gitancali”, “Millətçilik” və “Mənim Qızıl Benqalım” kimi məşhur əsərlərinin Azərbaycan Milli Kitabxanasında mövcud olduğunu bildirib Taqorun zamansız ədəbi irsini ehtiramla yad edən səfir Abhay Kumar, eyni zamanda Nizami Gəncəvinin poeziya dahiliyini və onun əsərlərinin dərinlik və həssaslığını da yüksək qiymətləndirib. Tədbirin diqqətçəkən məqamlarından biri də səfirin Taqorun bir şeirini duyğulu şəkildə səsləndirməsi oldu Tədbir iştirakçılarına Rabindranat Taqorun həyatı və yaradıcılığına dair maraqlı audio-vizual təqdimat nümayiş etdirilib. Bu təqdimata Taqorun dünya səfərlərindən orijinal görüntülər və onun öz səsi ilə Hindistanın milli himninin ifası da daxil idi Daha sonra səfir Abhay Kumar Azərbaycan Dillər Universitetinin tələbələrinə kitab kolleksiyalarından ibarət xüsusi hədiyyə paketləri təqdim edib. Tədbir xüsusi hazırlanmış hind qəlyanaltılarının təqdimatı ilə başa çatlb və qonaqlar arasında səmimi söhbətlər, mədəni yaxınlığın gücləndiyi xoş bir mühit yaradıb


