Tenqri
Ana Səhifə
Dünya

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Günəş enerjisi sahəsində uğurlu əməkdaşlıqdan sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan birgə hidrogen enerjisi istehsalı sahəsində layihələrə keçə bilər Bu barədə BƏƏ-dən olan politoloq Salem Alketbi AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında

0 baxışazertag.az
Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY
Paylaş:

Günəş enerjisi sahəsində uğurlu əməkdaşlıqdan sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan birgə hidrogen enerjisi istehsalı sahəsində layihələrə keçə bilər Bu barədə BƏƏ-dən olan politoloq Salem Alketbi AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında bildirib Onun sözlərinə görə, bu cür layihələrin yaradılması ikitərəfli əməkdaşlığın inkişafı üçün tamamilə real ssenaridir. Lakin ekspert vurğulayıb ki, bu cür təşəbbüslərin uğuru bir sıra amillərdən, o cümlədən zəruri maliyyələşdirmənin mövcudluğundan, müasir infrastrukturun inkişafından və effektiv ixrac marşrutlarının formalaşdırılmasından asılı olacaq O qeyd edib ki, hər iki ölkənin enerji keçidi sahəsində ciddi ambisiyaları var və onlar formalaşan qlobal təmiz enerji bazarında əhəmiyyətli yer tutmağa çalışır. Politoloqun qiymətləndirməsinə görə, hidrogen sahəsində əməkdaşlıq orta müddətli perspektivdə Əbu-Dabi ilə Bakı arasında yeni strateji qarşılıqlı əlaqə istiqamətinə çevrilə bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler