Şəhiddən qalan son foto: "Elçinin şəhidliyini yuxuda görmüşdüm" - Döyüşçü ANASI
Şəhid anası: "Elçinin simasında Həzrəti Yusif gözəlliyi var idi" Modern.az saytının "Şəhiddən qalan son foto" rubrikası davam edir. Budəfəki təqdimatımız Şuşa uğrunda döyüşlərdə şəhid olan Elçin Vaqif oğlu Həsənlinin xatirəsinə həsr olunur Şəhidin anası Xatirə İsmayılova deyir ki, Elçinin bütün şə

Şəhid anası: "Elçinin simasında Həzrəti Yusif gözəlliyi var idi" Modern.az saytının "Şəhiddən qalan son foto" rubrikası davam edir. Budəfəki təqdimatımız Şuşa uğrunda döyüşlərdə şəhid olan Elçin Vaqif oğlu Həsənlinin xatirəsinə həsr olunur Şəhidin anası Xatirə İsmayılova deyir ki, Elçinin bütün şəkillərinə baxa bilir, amma son fotosundakı baxışlar ona hər dəfə başqa duyğular yaşadır "Elçinin bütün şəkilləri mənə doğmadır, əzizdir. Onun bütün şəkillərinə baxa bilirəm, bir bundan başqa... Küçədə gedəndə yoldan keçən hər kəs ona baxar, boylanardı. Qadınlar, qızlar... O isə bundan utanardı. Həmişə məndən bir addım arxada gedərdi ki, diqqət çəkməsin Mən müəlliməyəm. Evdə şagirdlərimlə məşğul olurdum. Uşaqlar stolun arxasında oturardı, anaları isə kənarda əyləşərdi. Birdən görürdüm qapı açılıb-bağlandı, kimsə içəri girdi. Baxırdım ki, hamı dönüb qapıya tərəf baxır. O baxışlardan anlayırdım ki, içəri daxil olan Elçindir" Xatirə İsmayılovanın sözlərinə görə, Elçinin simasında Həzrəti Yusif gözəlliyi var olub: "Filmlərdə göstərirlər ki, qadınlar ona baxanda əllərini bıçaqla kəsirlər. Elçinin gözəlliyi də elə idi. Allah onun qaşına, gözünə, dodaqlarına sanki bir tablo çəkmişdi. Çox yaraşıqlı idi. Amma daxili dünyası zahiri görkəmindən də gözəl idi. O qədər saf, məsum uşaq idi ki Elçin şəhid olanda bir ana kimi onun taleyinə yandım. Amma asi ola bilmədim. Bir şeyi bilirəm ki, indi də onun şəkillərini sosial şəbəkələrdə paylaşanda insanlar yazırlar ki, Elçin elə cənnət üçün doğulubmuş. Onun gözəlliyinə, xarakterinə baxanda, başqa insanlarla müqayisə edəndə görürəm ki, həqiqətən də cənnət mələyi imiş Elçinin tabutunu gətirəndə haray səsləri göyə yüksəlmişdi. O zaman dedim ki, çəkilin, mən balamla söhbət edim. Onun bütün həyatını gözümün önündən bir daha keçirdim. Magistraturanı fərqlənmə diplomu ilə bitirməsi, doktoranturaya qəbul olunması, öz gücü ilə dövlət qulluğuna imtahan verib işə düzəlməsi Heç vaxt bizi incitməzdi. Heç vaxt bizdən pul istəməzdi. Heç vaxt əyin-baş tələb etməzdi. Bunları xatırlayanda düşündüm ki, bu uşaq bir dəfə də məndən nəsə istəmədi. Onda anladım ki, Elçin doğrudan da qızıl kimi övlad imiş. Onun heç bir ağırlığı bizim üzərimizə düşmədi. Mən bilmədim o harada nə yeyib-içdi, necə böyüdü, nə geyindi. Heç vaxt bizə yük olmadı, heç vaxt dərdini açıb demədi" "Elə bil şəhidlik Elçinin boyuna-biçiminə görə yazılmışdı" "Elə bil şəhidlik Elçinin boyuna-biçiminə görə yazılmışdı. Mən özümü onunla təsəlli verirəm ki, Elçinə şəhidlikdən başqa ölüm yaraşdırmazdım. O elə şəhid doğulmuşdu, şəhid də getdi Amma mükəmməl insan idi. Mən müəlliməyəm, əlimin altından minlərlə uşaq keçib. Uşaqları seçə, fərqləndirə bilirəm. Elçin tamam başqa insan idi. Sanki bu dünyaya aid deyildi. Elə bil Allah onu mənə əmanət vermişdi, sonra da əmanətini geri aldı Mən həmişə onunla fəxr edirəm, qürur duyuram. Çünki o mənim müqəddəsimdir. Elçin olmasaydı, Xatirə başqa bir Xatirə olardı. O mənim həyatımı müqəddəsləşdirdi, məni şəhid anası etdi. Varlığı ilə həyatımın mənasını dəyişdi Nə yaxşı ki, var oldu. Nə yaxşı ki, mənim həyatımda oldu İndi onu hamıdan çox yanımda hiss edirəm. Elçin elə bil hər dəqiqə yanımdadır. Ürəyimdən keçən ən kiçik arzunu belə hiss edir. Bir dəfə dərman almaq istəyirdim. Aptekə girdim, amma almadım. Sonra gedib qəbrinin üstündə oturdum. Elə həmin dəqiqə aptekdən mənə mesaj gəldi. Öz-özümə dedim ki, Elçin, indi nə edim? Elə bil cavab verdi ki, get dərmanlarını götür Bilmirəm, bəlkə də xəyal qururam. Bəlkə də imanım güclüdür. Amma mən onunla hər gün, hər dəqiqə danışır və onu hamıdan çox hiss edirəm Elçinin bütün şəkillərində təbəssüm var idi. Amma bu şəklinə baxanda başqa hisslər keçirirəm. Baxışları uzaqlara zillənib. Elə bil nəyisə görürmüş, nəyisə hiss edirmiş Mən onun şəhidliyini yuxumda da görmüşdüm..." Elçin Həsənli 1993-cü il iyunun 16-da Ağstafa rayonunda Həsənsu kəndində anadan olub. 1999-cu ildə Bakının Suraxanı rayonundakı 290 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə A. Abdullayev adına 211 saylı Nəsimi rayon tam orta məktəbi bitirib, cü illərdə Azərbaycan Texniki Universitetində Elektrotexnika və energetika fakültəsində təhsil alıb. 2014-cü ildə Azərbaycan Texniki Universitetində magistratura pilləsinə daxil olub və 2017-ci ildə elektrik mühəndisliyi ixtisasını fərqlənmə diplomu ilə bitirib Elçin Həsənli ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub Elçin Həsənli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Həsənli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Xırdalan şəhərində dəfn olunub Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin ci il tarixli Sərəncamına əsasən, Elçin Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə ci il tarixli Sərəncamla ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə ci il tarixli Sərəncamla ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib


