Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Vətən müharibəsi şəhidi mayor Elnur Hacıyevin xatirəsi anılıb. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Vətən müharibəsi şəhidi mayor Elnur Hacıyevin xatirəsi anılıb. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib Anım mərasimində çıxış edənlər şəhidimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolundan danışıblar Daha sonra şəhidin əziz xatirəsinə həsr olunan "Son nəfəsədək Vətən" adlı kitab oxuculara təqdim olunub Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


