Həftəsonu 4 nəfəri avtomobil vuraraq öldürüb, 2 nəfər xəsarət alıb
Ötən həftəsonu qeydə alınan yol-nəqliyyat hadisələri içərisində piyadavurma hadisələrinin çoxluğu ciddi narahatlıq doğurur APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib Məlumata görə, təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən son iki gün ərz
Ötən həftəsonu qeydə alınan yol-nəqliyyat hadisələri içərisində piyadavurma hadisələrinin çoxluğu ciddi narahatlıq doğurur APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib Məlumata görə, təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən son iki gün ərzində 6 piyadavurma hadisəsi qeydə alınıb ki, nəticədə 4 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb: "Əsasən sutkanın qaranlıq vaxtı qeydə alınan bu hadisələr bir daha deməyə əsas verir ki, hələ də əksər piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək alışqanlığı, yolu keçərkən qulaqlıqdan istifadə edilməsi, yaxud diqqəti yayındıran, onlara təhlükəli sahədə olduqlarını unutduran məşguliyyətə aludəçilik - bir sözlə ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir Lakin, hər bir hərəkət iştirakçısı bilməlidir ki, yol birgə istifadə məkanıdır. Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı, o cümlədən piyada potensial faciə qurbanıdır Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yalnız yolu müəyyən olunmuş keçidlərdən və diqqətli keçməkdir Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər"
Diğer Haberler

Bacıları etiraf etdi, qətlin üstü 19 ildən sonra açıldı: Sultanın atası onu öldürdü! | T24

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi
