Heydər Əliyevlə bağlı Ağdam və Füzulidə tədbirlər keçirilib - FOTO
10 May — Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ağdam və Füzuli şəhərlərində bir sıra tədbirlər keçirilib APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirlər çərçivəsində Ağdam şəhərində yerləşən Hilton Garden Inn Ağdam Hoteldə və Füzuli şəhər 1 nömrəli Mirzə U

10 May — Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ağdam və Füzuli şəhərlərində bir sıra tədbirlər keçirilib APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbirlər çərçivəsində Ağdam şəhərində yerləşən Hilton Garden Inn Ağdam Hoteldə və Füzuli şəhər 1 nömrəli Mirzə Uluqbəy adına orta məktəbdə Ulu Öndərin zəngin siyasi irsindən və dövlətçilik fəaliyyətindən bəhs edən “İz” sənədli filminin təqdimatı baş tutub Təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edib. Həmçinin Ağdamdan olan ziyalılar Ümummilli Liderlə bağlı xatirələrini və təəssüratlarını bölüşüblər Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “İz” sənədli filmi nümayiş olunub Bununla yanaşı, Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü münasibətilə Ağdam şəhərində ağacəkmə aksiyası da təşkil olunub. Aksiya Ağdam Mərkəzi Parkının ərazisində keçirilib və burada 103 ağac əkilib Qeyd edək ki, hazırda Ağdam Mərkəzi Parkında tikinti və abadlıq işləri davam etdirilir. Əkilən ağaclar da parkın layihəsinə uyğun şəkildə yerləşdirilib

