Tenqri
Ana Səhifə
Dünya

Heydər Əliyevin doğum günü Milli Məclisdə anılıb

Heydər Əliyevin doğum günü Milli Məclisdə anılıb. Modern.az xəbər verir ki, bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova Heydər Əliyevin fəaliyyəti haqqında danışıb “İki gün öncə deputatlar da Fəxri xiyabanı ziyarət edərək Ümumilli liderin əziz xatirəsini yad etdilər. Milli Məclisin bug

0 baxışmodern.az
Heydər Əliyevin doğum günü Milli Məclisdə anılıb
Paylaş:

Heydər Əliyevin doğum günü Milli Məclisdə anılıb. Modern.az xəbər verir ki, bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova Heydər Əliyevin fəaliyyəti haqqında danışıb “İki gün öncə deputatlar da Fəxri xiyabanı ziyarət edərək Ümumilli liderin əziz xatirəsini yad etdilər. Milli Məclisin bugünkü iclası da bizə Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin xidmətləri qarşısında bir daha minnətdarlığımızı ifadə etmək imkanı yaradır. Milli tariximizin ən uyuğun şəxsiyyətlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu vətənə, torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilmişdir” – spiker bildirib. S. Qafarova daha sonra 9 May Faşizm üzərində Qələbə Günü münasibətilə çıxış edərək Azərbaycanın İkinci Dünya müharibəsində göstərdiyi xidmətlərdən bəhs edib. O bildirib ki, Azərbaycan xalqı həmin ağır illərdə həm cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıq nümayiş etdirib, yüz minlərlə azərbaycanlı faşizmə qarşı döyüşlərdə iştirak edib Spiker sonda Monteneqro parlamentinin sədri ilə görüşü və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandum haqqında məlumat verib

Kaynak: modern.az

Diğer Haberler