Tenqri
Ana Səhifə
Dünya

Heydər Əliyev və Azərbaycan təhsili: milli inkişafın strateji dayağı

Azərbaycan dövlətçilik tarixində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti yalnız müəyyən bir dövrü deyil, bütövlükdə milli inkişaf fəlsəfəsini müəyyən edir. Ümummilli Lider Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Onun formalaşdırdığı dövlətçilik konsepsiyasında təhsil xüsusi yer tut

0 baxışmodern.az
Heydər Əliyev və Azərbaycan təhsili: milli inkişafın strateji dayağı
Paylaş:

Azərbaycan dövlətçilik tarixində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti yalnız müəyyən bir dövrü deyil, bütövlükdə milli inkişaf fəlsəfəsini müəyyən edir. Ümummilli Lider Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Onun formalaşdırdığı dövlətçilik konsepsiyasında təhsil xüsusi yer tutur və milli inkişafın əsas strateji dayaqlarından biri kimi qiymətləndirilirdi. Ulu Öndərin təhsil siyasəti Azərbaycanın intellektual potensialının güclənməsinə, milli kadr bazasının formalaşmasına və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə mühüm töhfə vermişdir. Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək bildirirdi: “Təhsil millətin gələcəyidir.” Bu fikir onun həyata keçirdiyi siyasətin əsas fəlsəfi istiqamətini təşkil edirdi. O, təhsili yalnız bilik vermək vasitəsi kimi deyil, milli düşüncənin, vətəndaş məsuliyyətinin və dövlətçilik şüurunun formalaşdığı əsas sahə kimi qəbul edirdi XX əsrin 70–80-ci illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan SSR-də təhsil sahəsində genişmiqyaslı islahatlar həyata keçirildi. 1972-ci ildə qəbul edilən “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, eləcə də 1973-cü ildə qəbul olunan “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar ölkədə təhsil sisteminin inkişafına yeni mərhələ açdı. Bu qərarların icrası nəticəsində məktəb şəbəkəsi genişləndirildi, təhsilin əlçatanlığı artırıldı və keyfiyyət göstəricilərində ciddi irəliləyiş əldə olundu. Həmin dövrdə məktəb tikintisinə xüsusi diqqət yetirilirdi. 1970–1980-ci illərdə respublikada 683 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi. Bu göstərici əvvəlki dövrlərlə müqayisədə iki dəfə çox idi. Ümumtəhsil məktəblərinin sayı sürətlə artdı, şagird kontingenti genişləndi və təhsil infrastrukturunun möhkəmləndirilməsi istiqamətində mühüm nəticələr əldə olundu. 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsi isə sosial ədalət prinsipinin təhsil sahəsində tətbiqinin mühüm nümunəsinə çevrildi. Peşə və texniki təhsilin inkişafı da Ulu Öndərin diqqət mərkəzində idi. Onun təşəbbüsü ilə 1971–1975-ci illər üçün texniki peşə təhsilinin inkişaf strategiyası müəyyən edildi, yeni peşə məktəbləri yaradıldı və minlərlə gəncin ixtisaslı kadr kimi yetişməsi üçün geniş imkanlar formalaşdırıldı. Bu siyasət ölkənin sənaye və iqtisadi inkişafı üçün güclü kadr potensialının yaranmasına xidmət edirdi Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri də hərbi təhsil və vətənpərvərlik tərbiyəsi idi. Onun təşəbbüsü ilə 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey milli zabit kadrlarının hazırlanmasında mühüm rol oynadı. Bu təhsil ocağı sonrakı illərdə Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasına böyük töhfə verdi. Bu gün ordumuzun sıralarında xidmət edən bir çox peşəkar zabit məhz həmin məktəbin məzunlarıdır və onlar Vətən uğrunda döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstərmişlər. Ulu Öndərin təhsil siyasətinin mühüm istiqamətlərindən biri də milli kadr potensialının gücləndirilməsi idi. Sovet dövründə minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi, mühəndis, həkim, hüquqşünas və digər sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Bu addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün güclü intellektual baza formalaşdırdı. Ulu Öndər Heydər Əliyev müəllim əməyinə həmişə yüksək qiymət verirdi. Onun “Müəllim cəmiyyətin ən hörmətli şəxsidir, çünki o, insanı formalaşdırır” fikri bu gün də aktuallığını qoruyur Ulu Öndər müəllimi yalnız bilik verən şəxs deyil, həm də cəmiyyətin mənəvi memarı kimi dəyərləndirirdi. 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında söylədiyi fikirlər isə onun müəllim peşəsinə münasibətini aydın şəkildə ifadə edirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli insanlardır… Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti məhz müəllimlərin zəhmətinin nəticəsidir.” Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin təhsil siyasəti daha sistemli və strateji xarakter aldı. Yeni təhsil qanunvericiliyi formalaşdırıldı, ali və orta ixtisas təhsili müəssisələrinin modernləşdirilməsi istiqamətində mühüm addımlar atıldı, beynəlxalq təhsil əlaqələri genişləndirildi. Azərbaycan gənclərinin xaricdə təhsil imkanlarının artırılması ölkənin dünya elmi məkanına inteqrasiyasına xidmət etdi və müasir düşüncəli, peşəkar kadrların yetişməsinə zəmin yaratdı Bu gün Ulu Öndərin müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir məktəb binalarının tikilməsi, regionlarda təhsil infrastrukturunun yenilənməsi, rəqəmsal təhsil imkanlarının genişləndirilməsi və müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir. Təhsilin dövlət siyasətində prioritet sahə kimi qorunması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalır. Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyəti də təhsil sahəsinin inkişafında xüsusi əhəmiyyətə malikdir. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr çərçivəsində yüzlərlə məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuş, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, inklüziv təhsil layihələri reallaşdırılmışdır. Bu təşəbbüslər təhsilin keyfiyyətinin yüksəldilməsinə və gənc nəslin daha yaxşı şəraitdə təhsil almasına mühüm töhfə verir. Bu gün Azərbaycan təhsil sistemi yalnız milli inkişafın deyil, həm də ölkənin beynəlxalq rəqabət mühitində mövqeyinin gücləndirilməsinin əsas alətlərindən birinə çevrilmişdir. İnsan kapitalına yatırılan sərmayə, elm və təhsilin prioritet elan olunması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik fəlsəfəsinin davamlılığını təmin edir. Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti Azərbaycanın inkişaf modelində fundamental yer tutur. Onun təhsilə verdiyi strateji önəm, müəllim əməyinə göstərdiyi yüksək ehtiram və gənclərə olan diqqəti bu gün də ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biridir. Ulu Öndərin ideyaları yaşayır, inkişaf edir və Azərbaycanın gələcəyini formalaşdırmağa davam edir. Azərbaycanın məktəblərində, universitetlərində və yetişən yeni nəslin uğurlarında Heydər Əliyevin uzaqgörən siyasətinin izi aydın görünür Mehriban Vəliyeva Milli Məclisin deputatı

Kaynak: modern.az

Diğer Haberler