Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri xaçmazlı musiqisevərlər qarşısında çıxış edib
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir. Layihə çərçivəsində Xaçmazda Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin iştirakı ilə konsert keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konserti N

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir. Layihə çərçivəsində Xaçmazda Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin iştirakı ilə konsert keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konserti Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri - baş dirijoru, Xalq artisti Yalçın Adıgözəlov idarə edib Proqramda Üzeyir Hacıbəylinin “Arazbarı”, Antonio Salyerinin “Venesiya yarmarkası” operasından uvertüra, Asəf Zeynallının “Muğamsayağı”, Vasif Adıgözəlovun “Prelüd №1” və “Lay-lay”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert”indən II hissə, Frits Kreyslerin “Çin tamburini”, Edvard Qriqin “Per Günt” süitasından “Solveyqin mahnısı”, Niyazinin “Arzu”, Arif Məlikovun "İki qəlbin dastanı" baletindən “Komdenin arzuları”, Həsən Rzayevin “Çahargah” rapsodiyası, Astor Piatsollanın “Oblivion”, Jorj Bizenin “Arlezian süitası”ndan “Farandola”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” əsərləri yer alıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
