“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda IX beynəlxalq elmi konfrans təşkil edilib
Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda IX beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib AZƏRTAC xəbər verir ki, öncə Ulu

Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda IX beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib AZƏRTAC xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib Konfransı açan ADU-nun rektoru akademik Kamal Abdulla qeyd edib ki, ənənəvi olaraq hər il ADU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir “Bu gün biz Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edirik. O, dahi lider, müdrik siyasi xadim, xalqını və torpağını bütün varlığı ilə sevən və qoruyan şəxsiyyət kimi qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfransa maraq böyükdür. Beynəlxalq elmi konfransa müxtəlif xarici dövlətlərdən elm və təhsil nümayəndələri, alimlər, ziyalılar, mədəniyyət və ictimaiyyət nümayəndələri qatılıblar. Konfrans çərçivəsində “Heydər Əliyev və Türk dünyası: tarix və müasirlik”, “Heydər Əliyev və Türk dünyası: mədəni irs”, “Media və rəqəmsal məkanda mədəniyyətlərarası dialoq”, “Heydər Əliyevin sülh və tolerantlıq siyasəti”, “Cənubi Qafqazda əməkdaşlıq perspektivləri” adlı beş bölmə iclası keçiriləcək. Ulu Öndər Heydər Əliyevin işığı bu gün də bizimlədir” Konfransın açılış mərasimində Türkiyənin Dil və Sistem Fondunun sədri Burak Eke bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı tarixə Azərbaycan dövlətçiliyinin xilaskarı, müstəqilliyi qoruyub saxlayan, inkişaf etdirən və möhkəmləndirən qüdrətli tarixi şəxsiyyət kimi daxil olub Yassı Universitetinin professoru Lyudmila Bejenaru qeyd edib ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans böyük əhəmiyyətə malikdir. Bu tədbir beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm rol oynayır DAAD-nin ADU-da nümayəndəsi Liza Brandt konfransla bağlı fikirlərini səsləndirib. Qeyd olunub ki, bu konfrans öz əhəmiyyəti ilə seçilir. Dünyanın bir sıra ölkələrindən olan elm xadimləri bu konfransda iştirak etmək üçün ciddi şəkildə hazırlaşıblar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və dövlətçilik fəaliyyəti milli maraqlara sədaqətin və güclü dövlətçilik ideyalarının bariz nümunəsidir. Ulu Öndər cəmiyyətin bütün sahələrini əhatə edən strateji qərarlar qəbul edərək ölkənin iqtisadi gücünün artmasına və xalqın rifahının yüksəlməsinə şərait yaradıb Konfransda Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Arzu Nağıyev, ADU-nun Pakistan Dili və Mədəniyyət Mərkəzinin müdiri Mahmud Athar, DİN-in Polis Akademiyasının İctimai elmlər kafedrasının rəisi Rəhim Məcnunov, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin prorektoru Abdurəhim Nasirov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov, Azərbaycan Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina çıxış ediblər Vurğulanıb ki, ADU-da Azərbaycan xalqının Ulu Öndərinin anadan olmasının ildönümünə həsr olunan konfransın ənənəvi olaraq keçirilməsi ölkəmizin elmi və mədəni mühitinin beynəlxalq aləmdə tanıdılması baxımından əhəmiyyət daşıyır Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışan çıxışçılar bildiriblər ki, onun siyasi və dövlətçilik fəaliyyəti tariximizin ən parlaq səhifələrindəndir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

