Tenqri
Ana Səhifə
Dünya

"Heydər Əliyev müasir dövlətçilik tariximizin formalaşmasında müstəsna rol oynamış dahi şəxsiyyətdir" - Millət vəkili

"Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının taleyində, müasir dövlətçilik tariximizin formalaşmasında müstəsna rol oynamış dahi şəxsiyyətdir. Ulu Öndərin zəngin dövlətçilik irsi və uzaqgörən siyasi kursu ölkəmizin davamlı inkişafının möhkəm təməlini formalaşdırmış, xalqımızın gələcək inkişaf yolunu

0 baxış525.az
"Heydər Əliyev müasir dövlətçilik tariximizin formalaşmasında müstəsna rol oynamış dahi şəxsiyyətdir" - Millət vəkili
Paylaş:

"Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının taleyində, müasir dövlətçilik tariximizin formalaşmasında müstəsna rol oynamış dahi şəxsiyyətdir. Ulu Öndərin zəngin dövlətçilik irsi və uzaqgörən siyasi kursu ölkəmizin davamlı inkişafının möhkəm təməlini formalaşdırmış, xalqımızın gələcək inkişaf yolunu müəyyən etmişdir. O, regionların sosial-iqtisadi inkişafını daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək Azərbaycanın hərtərəfli tərəqqisinə xidmət edən mühüm strateji əsaslar yaratmışdır. Onun diqqət və qayğısını daim hiss edən bölgələrdən biri də qədim tarixi, zəngin kənd təsərrüfatı potensialı və əməksevər insanları ilə seçilən Bərdə olmuşdur. Ulu öndərin siyasi fəaliyyətinin müxtəlif mərhələlərində Bərdə rayonuna münasibəti strateji baxış, iqtisadi dirçəliş modeli və bölgə insanına olan xüsusi etimadın təzahürü idi. Xüsusilə 1970–1980-ci illərdə Azərbaycanın kənd təsərrüfatında həyata keçirilən genişmiqyaslı islahatlarda Bərdə əsas mərkəzlərdən biri kimi ön plana çıxmışdı" Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili qeyd edib ki, arxiv materiallarına əsasən o dövrün statistik göstəriciləri və kənd təsərrüfatı hesabatları göstərir ki, məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanda pambıqçılıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Ulu Öndər pambığı təsadüfi olaraq “ağ qızıl” adlandırmırdı. O bilirdi ki, pambıqçılıq minlərlə ailənin rifahı, kəndlərin sosial inkişafı və region iqtisadiyyatının hərəkətverici qüvvəsidir: "Həmin dövrdə Bərdə pambıq istehsalında respublikanın aparıcı rayonlarından birinə çevrilmişdi. Rayonda yeni suvarma sistemləri qurulur, meliorasiya layihələri həyata keçirilir, kənd təsərrüfatı texnikaları yenilənirdi. Kolxoz və sovxozların maddi-texniki bazası gücləndirilir, kənd insanının əməyinə dövlət səviyyəsində yüksək qiymət verilirdi Tarixi mənbələr göstərir ki, Ulu Öndər Heydər Əliyev sovet dövründə müxtəlif illərdə dəfələrlə Bərdə rayonuna səfərlər edib, kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə yerində maraqlanıb, pambıqçı və zəhmət adamları ilə birbaşa görüşlər keçirib. Həmin səfərlər formal xarakter daşımırdı. Ulu Öndər hər zaman bölgələrin real problemlərini yerində öyrənməyi, qərarları xalqın içində verməyi üstün tuturdu. Xüsusilə Bərdənin pambıqçılıq potensialı onun diqqət mərkəzində olub və rayonun aqrar inkişafı üçün mühüm dövlət qərarları qəbul edilib. Bu gün də pambıqçılıq Azərbaycanın strateji kənd təsərrüfatı sahələrindən biri olaraq xüsusi əhəmiyyət daşıyır. Çünki pambıqçılıq regionlarda məşğulluğun artırılması, kənd əhalisinin sosial rifahının gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından mühüm rol oynayır. Dövlət tərəfindən bu sahəyə verilən subsidiyalar, texniki dəstək, yeni emal müəssisələrinin yaradılması və fermerlərə göstərilən güzəştlər bir daha göstərir ki, vaxtilə Heydər Əliyev tərəfindən əsası qoyulan aqrar inkişaf siyasəti bu gün də uğurla davam etdirilir. Xüsusilə Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət pambıqçılığın yenidən ölkə iqtisadiyyatında önəmli mövqe qazanmasına səbəb olub. Ulu öndər Heydər Əliyev üçün regionların inkişafı yalnız məhsul istehsalı ilə məhdudlaşmırdı. O, yaxşı anlayırdı ki, güclü kənd təsərrüfatı üçün ilk növbədə sosial infrastruktur qurulmalıdır. Məhz buna görə də Bərdədə yollar çəkildi, məktəblər, xəstəxanalar, mədəniyyət evləri istifadəyə verildi, enerji və su təminatı gücləndirildi. 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Bərdə rayonunda aparılan tikinti və abadlıq işləri regionun simasını dəyişmişdi. Arxiv fotolarında və sənədlərdə həmin dövrdə rayonda tikilən inzibati binalar, istehsal müəssisələri, yeni yaşayış massivləri bu inkişafın canlı sübutu kimi qalır. Ən vacib məqamlardan biri isə insanların gələcəyə inamının formalaşması idi. Çünki Ulu Öndərin siyasətində əsas amil insan faktoru idi. O, bölgə insanının zəhmətini dövlətin gücü hesab edirdi Bu gün Azərbaycanın regionlarının inkişaf modelinə baxdıqda, onun təməlində məhz Heydər Əliyev məktəbinin dayandığını aydın görürük. Müasir Azərbaycanın regional inkişaf konsepsiyası, kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahənin yenidən prioritetə çevrilməsi həmin siyasətin davamıdır. Bu siyasət bu gün də möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən aqrar layihələr, kənd təsərrüfatının modernləşdirilməsi, regionların sosial-iqtisadi inkişaf proqramları Ulu Öndərin müəyyən etdiyi strateji xəttin müasir mərhələdəki davamıdır. Mayın 10-da Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü qeyd edir. Bu tarix dövlətçilik məktəbinin, xalqına bağlı liderlik nümunəsinin və milli inkişaf strategiyasının simvoludur. Bölgələrin inkişaf tarixinə baxdığımızda bir həqiqət aydın görünür ki, Ulu Öndər hər rayonda Azərbaycanın gələcəyini görürdü. Bu gün Bərdənin tarlalarında, kəndlərində, insanların dövlətə bağlılığında, zəhmətə verilən dəyərdə həmin siyasətin izləri yaşayır. Çünki bəzi liderlər təkcə ölkə idarə etmir. Onlar tarix yazırlar"

Kaynak: 525.az

Diğer Haberler