Tenqri
Ana Səhifə
Dünya

“Heydər Əliyev müasir Azərbaycanın memarıdır” - Konfrans

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, akademiyanın rə

0 baxışazertag.az
“Heydər Əliyev müasir Azərbaycanın memarıdır” - Konfrans
Paylaş:

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, akademiyanın rəhbərliyi və dəvət olunan qonaqlar tədbirdən əvvəl Ulu Öndərin abidəsini ziyarət edib, dahi şəxsiyyətin xatirəsinə hörmət əlaməti olaraq abidə önünə güllər düzüblər Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub Konfransda DSX Akademiyasının rəhbərliyi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, deputat Sevinc Hüseynova, akademiyanın professor-müəllim heyəti və kursantlar iştirak ediblər Çıxış edənlər Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən geniş danışıblar Bildirilib ki, dahi şəxsiyyətin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan mürəkkəb ictimai-siyasi böhran dövründən çıxaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyub, dövlət müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Ümummilli Lider milli dövlətçilik ideologiyasının formalaşdırılması, hüquqi-demokratik dövlət quruculuğu, iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsi, ordu quruculuğu və milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm tarixi xidmətlər göstərib. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə dövlət sərhədlərinin mühafizəsi sahəsində müasir idarəetmə mexanizmləri yaradılıb, sərhəd mühafizəsi sisteminin institusional əsasları formalaşdırılıb Çıxışlarda Ümummilli Liderin əsasını qoyduğu siyasi kursun Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanıb. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi Heydər Əliyev siyasi irsinin təntənəsi kimi qiymətləndirilib Qeyd edilib ki, Ümummilli Liderin zəngin siyasi irsi Azərbaycan xalqının milli inkişaf yolunun əsasını təşkil edir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır Konfransın sonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir daha dərin hörmət və ehtiramla yad edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler