Tenqri
Ana Səhifə
Dünya

Heydər Əliyev irsinin konseptual əsasları: ənənə ilə müasirliyin vəhdəti

Mayın 6-da Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin konseptual əsasları: ənənə ilə müasirliyin və

0 baxışazertag.az
Heydər Əliyev irsinin konseptual əsasları: ənənə ilə müasirliyin vəhdəti
Paylaş:

Mayın 6-da Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin konseptual əsasları: ənənə ilə müasirliyin vəhdəti” mövzusunda tədbir keçirilib Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Ümummilli Lider Heydər Əliyevin xidmətləri misilsizdir və fəaliyyəti həm SSRİ dövrünü, həm də müstəqillik illərini əhatə edib. O, bütün mərhələlərdə Azərbaycanın inkişafına, milli həmrəyliyə və dövlətçilik ənənələrinin qorunmasına töhfə verib. Müstəqillik illərində ölkədə sabitlik və inkişaf təmin edilib, müasir dövlət quruculuğuna nail olunub. Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndirilib, strateji hədəflər gerçəkləşdirilib. Qeyd edib ki, Ulu Öndər mədəni irsin qorunmasını prioritet hesab edib, incəsənət və mədəniyyətin inkişafına xüsusi önəm verib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə mühüm layihələrlə milli-mədəni irsin qorunmasına və tanıdılmasına töhfə verir Tahir Budaqov vurğulayıb ki, mədəniyyətin inkişafında təhsil müəssisələrinin rolu böyükdür və Bakı Xoreoqrafiya Akademiyası bu sahədə mühüm yer tutur. Burada yetişən gənclər Azərbaycanı beynəlxalq səviyyədə təmsil edərək ölkənin nüfuzunun artmasına töhfə verirlər Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, rektor vəzifəsini icra edən Nailə Məmməd-Zadə bildirib ki, Ümummilli Lider Heydər Əliyev incəsənətə daim önəm verib, xoreoqrafiya isə xüsusi diqqətində olub. Akademiyanın binası da onun təşəbbüsü ilə tikilib. O, incəsənət xadimlərini yüksək qiymətləndirərək Qəmər Almaszadə, Leyla Vəkilova, Əminə Dilbazi, Əlibaba Abdullayev kimi görkəmli xoreoqraflara xüsusi diqqət göstərib. Ümummilli Liderin qərarları, mükafat və təqaüdlər sənətkarların fəaliyyətinə stimul verib, milli xoreoqrafiyanın inkişafında mühüm rol oynayıb. Bu dəyərləri qorumaq və gələcək nəsillərə ötürmək isə hər kəsin borcudur Milli Məclisin deputatı Ziyad Səmədzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayıb. Onun fəaliyyəti nəticəsində Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrilib. 1970-ci illərdə yaradılan elmi-texniki potensial müstəqillik dövründə ölkənin inkişafına əsas olub. Ümummilli Lider həyata keçirdiyi strategiya ilə iqtisadi sistemin əsasını qoyub. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlətə çevrilib. Bu uğurların əsasında da Ulu Öndər Heydər Əliyev siyasəti dayanır Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafında misilsiz rol oynayıb. SSRİ dövründə ölkənin yüksəlişini təmin edən Ümummilli Lider müstəqillikdən sonra da xalqına böyük uğurlar qazandırıb. Vurğulayıb ki, bugünkü Zəfərin əsasları Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır. Onun sayəsində Azərbaycan parçalanma təhlükəsindən xilas olaraq güclü dövlətə çevrilib. Prezident İlham Əliyevin siyasəti bu xətti davam etdirərək ölkəni daha da qüdrətləndirir və qalib dövlət statusunu möhkəmləndirir Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler