Tenqri
Ana Səhifə
Dünya

Hesablama Palatası büdcə xərcləmələrində nöqsanlar aşkarlayıb

Dövlət qurumlarına ayrılan azı 1 milyard manat faktiki xərcə çevrilməyib. 160 milyon manatdan çox büdcə vəsaiti dəqiqləşdirilməlidir Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikası

0 baxışmodern.az
Hesablama Palatası büdcə xərcləmələrində nöqsanlar aşkarlayıb
Paylaş:

Dövlət qurumlarına ayrılan azı 1 milyard manat faktiki xərcə çevrilməyib. 160 milyon manatdan çox büdcə vəsaiti dəqiqləşdirilməlidir Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı çıxışında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib Palatanın sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən vəsaitlərin həcmi illik hesabatda göstəriləndən 60 milyon manatdan çox ola bilər O bildirib ki, Hesablama Palatasının apardığı təhlillər bəzi hallarda eyni adlı strateji tədbirlərin maliyyələşdirilməsi ilə bağlı müxtəlif yanaşmaların tətbiq olunduğunu göstərib “Seçmə qaydada aparılmış təhlillər qurumlar tərəfindən təqdim olunmuş məlumatlarda büdcə sənədlərində əks olunan strategiya tədbirləri üzrə məbləğlərin fərqləndiyini göstərib. Bu isə strategiyalar üzrə maliyyələşdirmə məbləğinin 160 milyon manatdan çox hissəsinin dəqiqləşdirilməsinə ehtiyac olduğunu deməyə əsas verir”, - deyə V.Gülməmmədov vurğulayıb Hesablama Palatasının sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına ayrılan vəsaitlərlə bağlı da hesabat göstəricilərinin dəqiqləşdirilməsinə ehtiyac var “İllik hesabatda bu məqsədlə 4,4 milyard manat vəsaitin icra edildiyi göstərilib. Lakin hesablamalarımız həmin məbləğin 60 milyon manatdan çox artıq olduğunu qeyd etməyə imkan verir”, - deyə o bildirib Vüqar Gülməmmədov dövlət büdcəsinin icrası prosesində həyata keçirilən dəyişikliklərin həcminin də artdığını diqqətə çatdırıb Onun sözlərinə görə, 2025-ci ildə büdcənin icrası zamanı həyata keçirilmiş dəyişikliklərin ümumi məbləği 3,7 milyard manat olub ki, bu da təsdiqlənmiş dövlət büdcəsi xərclərinin 8,9 faizini təşkil edir “2024-cü ildə bu göstərici 2,4 milyard manat idi. Dəyişikliklər funksional təsnifatın bütün bölmələri üzrə təsdiq edilmiş məbləğlərin dəyişməsi ilə nəticələnib”, - deyə o qeyd edib Palata sədri bildirib ki, 3,7 milyard manatlıq dəyişikliklərin 1,8 milyard manatı “Büdcə sistemi haqqında” qanunun müvafiq maddələrinə əsaslanıb O, debitor borcların da artdığını vurğulayıb “2025-ci ildə debitor borclar 1 milyard manat və ya 17 faiz artaraq 7 milyard manata çatıb. Bu, qurumlara ayrılmış vəsaitlərin azı 1 milyard manatının faktiki xərcə çevrilmədiyini, dövlət büdcəsinin kassa və faktiki icrası arasındakı fərqin genişləndiyini göstərir”, - deyə V.Gülməmmədov bildirib Onun sözlərinə görə, hesabat ilində debitor borclar üzrə qalıqların məbləği müvafiq istiqamətlər üzrə icra edilmiş büdcə xərclərinin 26,9 faizini təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 3,2 faiz bəndi artıb Vüqar Gülməmmədov qeyd edib ki, hesabat dövründə daxili və xarici dövlət borclanması, eləcə də dövlət zəmanətləri üzrə əməliyyatlar müəyyən edilmiş limitlər çərçivəsində həyata keçirilib “2025-ci ildə dövlət qiymətli kağızlar portfelində qısamüddətli və ortamüddətli alətlərin payı azalıb, uzunmüddətli istiqrazların payı isə artıb. Bu, daxili borc portfelinin orta müddətinin uzadılması və refinanslaşma riskinin azaldılması istiqamətində aparılan siyasətin nəticəsidir”, - deyə o əlavə edib Palata sədri Təminat Fonduna qaytarılmalı vəsaitlərin icrasında da ciddi geriqalma olduğunu bildirib “2025-ci il üzrə qrafikə əsasən fonda 199,7 milyon manat qaytarılmalı idi. Lakin bunun cəmi 10,7 faizi icra olunub”, - deyə V.Gülməmmədov vurğulayıb

Kaynak: modern.az

Diğer Haberler