Tenqri
Ana Səhifə
Dünya

Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Hesablama Palatası tərəfindən universitetin fəaliyyətinin auditi zamanı müəyyən edilən məsələlərin müzakirəsinə dair görüş keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov universitetin son illərdə əldə etdi

0 baxışazertag.az
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
Paylaş:

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Hesablama Palatası tərəfindən universitetin fəaliyyətinin auditi zamanı müəyyən edilən məsələlərin müzakirəsinə dair görüş keçirilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov universitetin son illərdə əldə etdiyi nailiyyətlər, aqrar təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində universitetin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, müasir tədris və elmi-tədqiqat mühiti formalaşdırılıb ADAU-nun region universitetləri arasında dövlət proqramlarının icrasında fəal iştirak edən və beynəlxalq təhsil layihələrini uğurla həyata keçirən aparıcı ali təhsil müəssisələrindən biri olduğunu vurğulayan Zəfər Qurbanov bildirib ki, hazırda universitetdə Ege Universiteti ilə ikili diplom proqramı uğurla icra olunur. Yaxın gələcəkdə isə ABŞ-nin Oklahoma Universiteti və Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti (MATE) ilə əməkdaşlıq çərçivəsində yeni ikili diplom və beynəlxalq təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulur Hesablama Palatasının auditoru Vəfa Mütəllimova görüşün məqsədindən və audit prosesinin əhəmiyyətindən söz açıb, əldə olunan nəticələrin təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi baxımından önəmini vurğulayıb Daha sonra Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev, Səmərəlilik auditi şöbəsinin Nəticə əsaslı büdcənin auditi sektorunun müdiri Elgün Atalıyev və Sosial sahələrin auditi şöbəsinin Mədəniyyət, informasiya, idman, gənclər və digər sahələrin auditi sektorunun müdiri Müşfiq Ağayev təqdimatlarla çıxış edərək, audit çərçivəsində aparılan təhlillərin nəticələri, universitetin fəaliyyətinin səmərəlilik göstəriciləri, elmi potensialı, resurslardan istifadənin effektivliyi və inkişaf perspektivləri barədə ətraflı məlumat veriblər Görüş çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb Növbəti görüş Gəncə Dövlət Aqrar Kollecində tələbələrin iştirakı ilə təşkil edilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb fikir və təklifləri dinlənilib Sonda qonaqlar Aqrar Universitetin tədris korpusları, müasir laboratoriyaları, elmi-tədqiqat mərkəzləri və innovativ infrastruktur obyektləri ilə yaxından tanış olublar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler