Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
Okeanlar planetin 70 faizindən çoxunu əhatə edir, iqlimi tənzimləyir, biomüxtəlifliyi qoruyur, həmçinin dünya miqyasında iqtisadiyyatları və mədəniyyətləri dəstəkləyir. Onlar Yer kürəsində həyatın təməlidir. Lakin bir müddətdir ki, okeanlar təzyiq altındadır və gələcəkdə bəşəriyyətin gələcəyini cidd

Okeanlar planetin 70 faizindən çoxunu əhatə edir, iqlimi tənzimləyir, biomüxtəlifliyi qoruyur, həmçinin dünya miqyasında iqtisadiyyatları və mədəniyyətləri dəstəkləyir. Onlar Yer kürəsində həyatın təməlidir. Lakin bir müddətdir ki, okeanlar təzyiq altındadır və gələcəkdə bəşəriyyətin gələcəyini ciddi şəkildə təhlükə altına qoyan bir çox problemlərlə üzləşir AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, 86 ölkədən təxminən 550 mütəxəssis okeanların üzləşdiyi çətinlikləri ətraflı şəkildə izah edən 1600 səhifəlik qiymətləndirmə tərtib etməyə təxminən beş il sərf edib. Bu elmi bələdçi bəşəriyyətin planeti qorumaq və davam etdirmək üçün lazım olan biliklərini təqdim edir. Hesabat “Dünya okeanının qiymətləndirilməsi” adlanır və 1600 səhifədə ən son məlumatlar yer alır Qeyd olunur ki, okeanlar hətta sahil zonalarında yaşamayan insanların da gündəlik həyatını formalaşdırır. Onlar planetin artıq istiliyinin çox hissəsini udmaqla yanaşı, istixana qazlarını da azaldaraq iqlimi sabitləşdirir. Okeanların soyutma təsiri olmazsa, qida sistemlərini və təchizat zəncirlərini, eləcə də sığorta bazarlarını təhdid edəcək daha ekstremal hava şəraiti gözlənilə bilər Alimlər bildirirlər ki, okeanlar qida təchizatı kimi xidmət edir. İqlim təsirləri və ya qanunsuz ov səbəbindən balıq ehtiyatları azaldıqda və ya təchizat zəncirləri qırıldıqda, qiymətlər yalnız dəniz məhsulları üçün deyil, həm də qlobal ticarətdən və sahil iqtisadiyyatından asılı olan bir çox qida üçün də yüksəlir. Eyni zamanda, okean amili zehni və fiziki sağlamlıq faydalarını, dərmanları və nəfəs alınan oksigenin əhəmiyyətli bir hissəsini təmin edir. Onlar qlobal ticarətdə, turizmdə və iş yerlərində trilyonlarla dollar gəliri dəstəkləyir Hesabatda diqqətə çatdırılır ki, insanlar dəniz ekosistemlərini yenidən formalaşdırırlar. Qlobal miqyasda əhali 2024-cü ildə 8,2 milyarda çatıb və bu insanların 37 faizi sahildən 100 kilometr məsafədə yaşayır. Bu, labüd olaraq insan və iqtisadi fəaliyyətinin həssas sahil zonalarında cəmləşdiyi ərazilərdə təbii sərvətlərin çıxarılmasını, infrastrukturun genişləndirilməsini, tullantıların həcmini və yaşayış mühitinin deqradasiyasını artırıb. Eyni zamanda, dənizdə inkişaf intensivləşir, külək elektrik stansiyaları, dərin su neft infrastrukturu, dəniz dibinin kabelləri və boru kəmərlərinin genişlənməsi sahildən daha uzaq yaşayış yerlərini dəyişdirir Hesabatda vurğulanır ki, okeanın istiləşməsi və dəniz səviyyəsinin qalxması ilə bağlı məlumatlar dramatikdir. Buz örtüklərinin əriməsi və temperaturun təsiri altında suyun genişlənməsi səbəbindən dəniz səviyyəsinin qalxma sürəti 2015-ci ildən əvvəl ildə 1,9 millimetrdən 2023-cü ildə 4,3 millimetrə qədər - ikiqat artıb Arktika temperaturu qlobal orta göstəricidən dörd dəfə daha sürətli yüksəlir Oksigen səviyyəsinin aşağı olduğu və dəniz həyatının əksəriyyətinin yaşaya bilmədiyi hipoksik (və ya ölü) zonalar hazırda 4,5 milyon kvadratkilometrlik ərazini əhatə edir. 1955-ci ildən bəri okean temperaturunun ümumi artımının 16 faizi 2018-ci ildən sonra baş verib Dəniz həyatı ciddi stres altındadır və bu, 1970-ci illərdən bəri Karib dənizi mərcan riflərinin təxminən 80 faiz azalmasında özünü göstərir. İstiləşmə sənaye səviyyəsindən 1,5 dərəcə Selsini keçərsə, qlobal mərcan riflərinin 90 faizi yox ola bilər. Manqrovlar və dəniz otları kimi vacib sahil ekosistemləri azalmağa davam edir. Planktondan dəniz məməlilərinə qədər növlər temperatur artdıqca Şimal və Cənub qütblərinə doğru hərəkət edir, yerli olmayan növlər isə dəyişmiş ətraf mühit şəraitində daha asan yayılır Alimlər vurğulayırlar ki, okeanlara hər il 52 milyon ton plastik tullantı daxil olur və təxminən 24 trilyon mikroplastik hissəciklər əmələ gəlir ki, bu hissəciklər 4 mindən çox dəniz növünə təsir edib. Kimyəvi çirklənmə də artır, dəniz sularında 4 mindən artıq əczaçılıq və şəxsi qulluq qalıqları aşkar edilib Hesabatda bildirilir ki, okeanların idarə olunması üzrə beynəlxalq əməkdaşlıq geniş vüsət alır, lakin onların qorunması ilə bağlı 57 qlobal müqavilə parçalanmış yanaşmaya gətirib çıxarır. Davamlı okean iqtisadiyyatına nail olmaq üçün bərabərlik və yerli icmaların bilik və ənənəvi təcrübələrinin nəzərəçarpacaq dərəcədə daxil edilməsi tələb olunur. Bunlar olmadan, okean sağlamlığı, icmaların rifahı, davamlı və ədalətli inkişafa nail olmaq daha çətin olacaq. Eyni zamanda, okean biliklərində böyük boşluqlar qalmaqdadır, 2025-ci ilə qədər dəniz dibinin yalnız 27 faizi xəritələşdirilib və bu da dərin dəniz ekosistemlərinin, bioloji proseslərin və kümülatif təsirlərin zəif başa düşülməsinə səbəb olur Müəlliflər hesabatın sonunda vurğulayıblar: “Növbəti onillik həlledicidir: sürətli, əlaqələndirilmiş qlobal tədbirlər olmazsa, okean sağlamlığı azalmağa davam edəcək və iqlim sabitliyini, biomüxtəlifliyin dayanıqlığını, ərzaq təhlükəsizliyini, dolanışıq vasitələrini, milyardlarla insanın rifahını təhdid edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


