Onlar 127 illik tarixlərində ilk dəfə Avropaya getdilər və "Arsenal"ı çempion etdilər
"Bornmut" İngiltərə Premyer Liqasında tarixi uğura imza atıb. “Mançester Siti” ilə 1:1 hesablı heç-heçə edən İngiltərə komandası 1 həftə qalmış avrokuboklarda iştirakını təmin edib "Vitality" stadionunda keçirilən matçda "Mançester Siti" ilə 1-1 bərabərə qalan "Bornmut" xallarını 56-ya yüksəldib

"Bornmut" İngiltərə Premyer Liqasında tarixi uğura imza atıb. “Mançester Siti” ilə 1:1 hesablı heç-heçə edən İngiltərə komandası 1 həftə qalmış avrokuboklarda iştirakını təmin edib "Vitality" stadionunda keçirilən matçda "Mançester Siti" ilə 1-1 bərabərə qalan "Bornmut" xallarını 56-ya yüksəldib. Bu nəticə ilə "Bornmut" klubunun 127 illik tarixində ilk dəfə avrokuboklarda mübarizə aparmaq hüququ qazanıb Premyer Liqanın ən güclü komandalarından olan “Mançester Siti” ilə oyunda alınan xal “Bornmut” üçün tarixi əhəmiyyət kəsb edirdi. Britaniya komandası son həftə öncəsi rəqibləri ilə aralarındakı xal fərqini artıraraq Avropaya vəsiqəni riyazi olaraq təmin etdi Baş məşqçi Andoni İraolanın rəhbərliyi altında "Bornmut"un yüksələn performansı diqqət çəkib. Britaniya komandası liqadakı məğlubiyyətsizlik seriyasını 17 matça çatdırıb. "Bornmut"un sonuncu məğlubiyyəti yanvarın 3-də "Arsenal"a qarşı olub “Bornmut”un mövsümü Çempionlar Liqasına vəsiqə ilə başa vurması ehtimalı da var. Aston Villa UEFA Avropa Liqasının çempionu olsa və liqanı 5-ci yerdə başa vurarsa, İngiltərəyə ayrılan əlavə kvota 6-cı yeri tutan komandaya keçəcək. Bu ssenaridə “Bornmut”un Çempionlar Liqasına vəsiqə qazanmaq şansı olacaq Digər tərəfdən, "Mançester Siti" xal itirəndən sonra "Arsenal" Premyer Liqada 1 həftə qala çempionluğunu elan etdi. Beləliklə, London komandası 22 illik çempionat quraqlığına son qoydu

