Tenqri
Ana Səhifə
Dünya

Sıx Federasiyasının rəhbəri xalqların dinc yanaşı yaşaması yollarının axtarışını əsas müasir çağırışlar sırasına qoyur

BAKI, Azərbaycan, 3 iyun. Xalqların dinc yanaşı yaşaması yollarının axtarışı müasirliyin əsas çağırışlarından biridir, Kanada Sıx Federasiyasının sədri Buhal Moninder Sinq "1984-cü ilin iyunu, Amritsar hadisələri: Hindistanın etnik azlıqların soyqırımı kontekstində transmilli repressiyaları" adlı be

0 baxıştrend.az
Sıx Federasiyasının rəhbəri xalqların dinc yanaşı yaşaması yollarının axtarışını əsas müasir çağırışlar sırasına qoyur
Paylaş:

BAKI, Azərbaycan, 3 iyun. Xalqların dinc yanaşı yaşaması yollarının axtarışı müasirliyin əsas çağırışlarından biridir, Kanada Sıx Federasiyasının sədri Buhal Moninder Sinq "1984-cü ilin iyunu, Amritsar hadisələri: Hindistanın etnik azlıqların soyqırımı kontekstində transmilli repressiyaları" adlı beynəlxalq konfransda deyib "Dünya sürətlə dəyişir və geosiyasi əlaqələr transformasiya olunur. İndiki dünya iki il əvvəlki kimi deyil və iki ildən sonra da fərqli olacaq. Yeni tərəfdaşlar tapmaq, həmrəyliyi gücləndirmək və insanların dinc yanaşı yaşaması yollarını tapmaq çox güman ki, dövrümüzün ən mühüm çağırışlarından biridir", - o izah edib Moninder qeyd edib ki, bir gün qlobal inkişaf üçün məsuliyyət daşıyacaq tələbələr və gənclər üçün resursları ələ keçirmək, əraziləri istismar etmək və nəzarəti bərqərar etmək cəhdləri ilə üzləşməkdənsə, kiminlə həmrəylik qura biləcəklərini, hansı xalqların onların tarixi tərəfdaşları olduğunu və harada dəstək və dinc birgəyaşayış tapa biləcəklərini anlamaq həmişəkindən daha vacibdir "Bunlar bütün dünyada insanları, xüsusən Sıx xalqı kimi azadlıq uğrunda mübarizə aparanları narahat edən suallardır. Buna görə də onlar bütün dünyada həmrəylik üçün tərəfdaşlar axtarırlar", - o əlavə edib

Kaynak: trend.az

Diğer Haberler