Tenqri
Ana Səhifə
Dünya

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

Müasir İncəsənət Muzeyində rəssam Tural Moyufovun “HÜDUD” adlı sərgisinin açılışı olub AZƏRTAC xəbər verir ki, sərgidə müəllifin fiziki, emosional və bədii sərhədlər mövzusunu araşdırdığı 17 rəngkarlıq əsəri nümayiş etdirilir. Rəssam bu əsərlərdə forma və qavrayışın transformasiyası proseslərinə öz

0 baxışazertag.az
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
Paylaş:

Müasir İncəsənət Muzeyində rəssam Tural Moyufovun “HÜDUD” adlı sərgisinin açılışı olub AZƏRTAC xəbər verir ki, sərgidə müəllifin fiziki, emosional və bədii sərhədlər mövzusunu araşdırdığı 17 rəngkarlıq əsəri nümayiş etdirilir. Rəssam bu əsərlərdə forma və qavrayışın transformasiyası proseslərinə öz baxışını təqdim edir Sərginin açılışında layihənin kuratoru Samirə Səfi bildirib ki, ekspozisiya Müasir İncəsənət Muzeyi və “BARZA Collection”ın dəstəyi ilə təşkil olunub O, layihəyə göstərilən marağa görə tədbir iştirakçılarına və qonaqlara təşəkkür edib, belə təşəbbüslərin müasir incəsənət prosesinin inkişafı və mədəni dialoqun genişlənməsində əhəmiyyətini vurğulayıb Sərginin müəllifi Tural Moyufov da öz növbəsində bu layihəni həyata keçirmək imkanı yaratdığına görə Müasir İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, həmçinin sərginin kuratoru Samirə Səfiyə və ekspozisiyanın hazırlanmasında iştirak edən bütün komandaya peşəkar fəaliyyətlərinə və hərtərəfli dəstəyə görə təşəkkür edib T.Moyufov yaradıcılıq yolundan danışarkən qeyd edib ki, bu yol heç vaxt asan olmur: “Bəzən uzun müddət çalışır, yaradır, yeni formalar və mənalar axtarır, tərəddüd edir və əməyimizin nəticələrini dərhal görə bilmirik. Bəzən elə gəlir ki, səylərimiz diqqətdən kənarda qalır. Ancaq yanımızda olan insanlar bu prosesi hiss edir, onun dəyərini anlayır və bizə dəstək göstərirlər. Məhz belə insanların sayəsində rəssam irəliləmək və yaradıcılığını davam etdirmək üçün güc tapır” Tural Moyufovun əsərlərində insan fiquru konkret obraz kimi deyil, daxili gərginliyin cəmləşdiyi məkan kimi təqdim olunur. Burada bədən nə hansısa hekayə danışır, nə də birmənalı psixoloji yozuma tabe olur və mənanın sabit forma qazanmasına imkan vermir. O, tanınma ilə dağılma, jestlə rəng ləkəsi, daxili impulsla plastik forma arasında yerləşən sərhəd vəziyyətlərində mövcuddur Sərginin adı olan “HÜDUD” hədd və sərhəd anlayışlarına işarə edir. Lakin söhbət hansısa ayırıcı xətdən deyil, formanın öz sabitliyini itirdiyi və eyni zamanda yeni güc qazandığı vəziyyətdən gedir Rəssamı bədənin birbaşa mənasında qavranılmaqdan çıxaraq müstəqil rəngkarlıq strukturuna çevrildiyi məqam maraqlandırır. Bu kontekstdə deformasiya dağıdıcı jest kimi deyil, formanın öz mahiyyətini və bütövlüyünü qoruyub saxlayaraq sərhədlərini nə qədər genişləndirə biləcəyini araşdıran bədii metod kimi çıxış edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler