Tenqri
Ana Səhifə
Dünya

Hava kəskin dəyişdi: dolu, leysan yağış yağdı, çaylar daşdı

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saat 10:00-a olan məlumatında qeyd edilib Düşən yağıntının miqdarı Tə

0 baxışmodern.az
Hava kəskin dəyişdi: dolu, leysan yağış yağdı, çaylar daşdı
Paylaş:

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saat 10:00-a olan məlumatında qeyd edilib Düşən yağıntının miqdarı Tərtərdə 20, Zərdabda 18, Gədəbəydə 16, Bərdə, Biləsuvarda 15, Cəlilabadda 12, Ağdamda 13, Şahbuzda 11, Qobustanda 10, Şəkidə 8, Göyçay, Göygöl, Naftalan, Daşkəsən, Sarıbaş (Qax), İmişlidə 7, Yevlaxda 6, Gəncə, Balakən, Mingəçevir, Şahdağ, Şamaxı, Goranboy, Naxçıvanda 5, Sədərək, Zaqatala, Oğuz, Qusarda 4, Quba, İsmayıllı, Xızı, Xaçmazda 3, Şəmkir, Tovuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Sabirabadda 2, Şabran, Şərur, Yardımlı, Lerik, Cəfərxan, Qəbələ, Şirvanda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb İyunun 14-də saat 18:34-18:42 radələrində Qubadlı rayonunun Qazyan kəndinə diametri 20 mm olan dolu düşüb İyunun 14-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Zaqatalada 23, Cəfərxanda 20, Sabirabad və Beyləqanda 16 m/s-dək güclənib Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 30, Aran rayonlarında 32, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunub

Kaynak: modern.az

Diğer Haberler