Həsən Can Kaya evlənir
Komediya aktyoru Hasan Can Kaya ailə qurur. Bir neçə ay əvvəl reklamçı Duyğu Karabaşla nişanlanan Kayanın toyunun təfərrüatları üzə çıxıb “Konuşanlar” proqramı ilə tanınan Həsən Can Kaya bir müddətdir sevgili olduğu reklamçı Duyqu Karabaşla ötən ilin aprelində nişanlanıb Məşhur cütlük İstanbulda

Komediya aktyoru Hasan Can Kaya ailə qurur. Bir neçə ay əvvəl reklamçı Duyğu Karabaşla nişanlanan Kayanın toyunun təfərrüatları üzə çıxıb “Konuşanlar” proqramı ilə tanınan Həsən Can Kaya bir müddətdir sevgili olduğu reklamçı Duyqu Karabaşla ötən ilin aprelində nişanlanıb Məşhur cütlük İstanbulda sadə ailə mərasimi ilə evliliyə ilk addımı atıb. Məhdud iştirakla keçirilən nişan mərasimində ənənəvi nikah mərasimi də yer alıb Sosial şəbəkədə xoşbəxt pozaları paylaşılan Həsən Can Kaya və Duyğu Karabaşın toyu ilə bağlı təfərrüatlar məlum olub Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, bir müddət əvvəl dil təhsili üçün Amerikaya gedən Hasan Can Kaya burada ailə quracaq Məşhur cütlüyün sabah Nyu Yorkdakı Türk Evində nikah dəftərinə imza atacağı iddia edilib Digər tərəfdən, bir müddət əvvəl qatıldığı proqramda münasibətlərindən danışan Kaya evlilik təklifini necə etdiyini də açıqlayıb Duyğu Karabaşın lovğalanmağı sevmədiyini deyən Kaya evlilik təklifini The Beverly Hills otelində etdiyini bu sözlərlə açıqlayıb: "Dedilər ki, burada Frank Sinatra evlilik təklifi edib, ona görə də mən də edəcəyimi düşündüm. Artıq evlənməyə qərar vermişdim və sürprizləri sevmədiyim üçün oteldə səhər yeməyi yeyərkən qəfildən bunu etdim" DUYGU KARABAŞ KİMDİR? Duyqu Karabaş rəqəmsal sənəti və xüsusilə portret əsərləri ilə seçilən rəssam kimi tanınır. Üzərində işlədiyi işləri “Duyğusuz Portretlər” adlı platforma ilə sənətsevərlərlə bir araya gətirən Karabaş, vizual sənətlər üçün hazırladığı orijinal dizaynlarla sənət dünyasının diqqət çəkən adları arasındadır


