Hansı namizəd kimi gətirəcək? İşdə Fənərbaxçanın baş məşqçi namizədləri
Fənərbaxçada qarşıdan gələn prezident seçkiləri öncəsi namizədlərin məşqçi planları bəlli olmağa başlayıb Sarı-göylü klubda 6-7 iyunda keçiriləcək seçkilərdən əvvəl Hakan Safi və Barış Göktürk namizədliklərini açıqlasa da, Mehmet Ali Aydınların qısa müddətdə rəsmi namizəd olacağı gözlənilir. Əziz

Fənərbaxçada qarşıdan gələn prezident seçkiləri öncəsi namizədlərin məşqçi planları bəlli olmağa başlayıb Sarı-göylü klubda 6-7 iyunda keçiriləcək seçkilərdən əvvəl Hakan Safi və Barış Göktürk namizədliklərini açıqlasa da, Mehmet Ali Aydınların qısa müddətdə rəsmi namizəd olacağı gözlənilir. Əziz Yıldırımın hələlik qərar vermədiyi bildirilir Mehmet Ali Aydınların siyahısında dünyaca məşhur məşqçi Yurgen Kloppun olduğu iddia edilib və danışıqlar aparılıb. Ancaq Kloppun Almaniya Milli Komandasını hədəf aldığı və bu transferin çətin olduğu bildirilir Aydınların alternativləri arasında Braziliyada uğurlu çıxış edən və hazırda boş qalan Filipe Luisin də olduğu bildirilib Prezidentliyə namizədlərdən Hakan Safinin siyahısında "Ştutqart"ın baş məşqçisi Sebastyan Hönessin olduğu iddia edilib. İddialar arasında alman məşqçi ilə də təmasda olduğu da var Bildirilir ki, Əziz Yıldırım namizəd olarsa, onun məşqçi postu üçün nəzərdə tutduğu ad Aykut Kocamandır. Mövsümün sonunda "Kristal Palas"dan ayrılacağı gözlənilən Oliver Qlasnerlə "Fənərbaxça"nın da maraqlandığı bildirilir


