Tenqri
Ana Səhifə
Dünya

Əhalinin kitabxana tələbatının 65 faizi təmin olunmur - Nazir

Cəmiyyət elə bilir ki, biz kitabxanaları bağlayırıq. Əsla elə deyil, kitabxanalar dövlətimiz üçün prioritet sahədir. Modern.az xəbər verir ki, bunu Mill Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai müzakirə zama

0 baxışmodern.az
Əhalinin kitabxana tələbatının 65 faizi təmin olunmur - Nazir
Paylaş:

Cəmiyyət elə bilir ki, biz kitabxanaları bağlayırıq. Əsla elə deyil, kitabxanalar dövlətimiz üçün prioritet sahədir. Modern.az xəbər verir ki, bunu Mill Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai müzakirə zamanı mədəniyyət naziri Adil Kərimli deyib. “Mədəniyyət Nazirliyi kitabxana strukturkalarında davamlı monitorinqlər həyata keçirir”. Onun sözlərinə görə, son 3 il ərzindəki monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb. “Mədəniyyət siyasətinin əsas prinsiplərindən biri əlçatanlığın təmin edilməsidir. Bu məqsədlə həm Azərbaycan vətəndaşlarının, həm də ölkəyə gələn qonaqların kitab və digər mədəni resurslardan rahat istifadə imkanlarının genişləndirilməsi hədəflənir” – A. Kərimli qeyd edib. Adil Kərimli bildirib ki, məqsəd təkcə yeni kitabxana binalarının tikilməsi deyil, kitab və informasiya resurslarına əlçatanlığı təmin edən səmərəli xidmət şəbəkəsinin formalaşdırılmasıdır. Onun sözlərinə görə, aparılan araşdırmalar mövcud kitabxana infrastrukturunun əhalinin tələbatının yalnız təxminən 35 faizini qarşıladığını göstərir. “Hədəf ölkə əhalisinin ən azı 95 faizinin, gələcəkdə isə bütün vətəndaşların kitab, elmi nəşrlər və digər informasiya resurslarından bərabər şəkildə istifadə imkanlarını təmin etməkdir”. O qeyd edib ki, bölgələrdə təhsil alan tələbələrin və tədqiqatçıların elmi ədəbiyyata çıxış imkanları Bakıdakı istifadəçilərlə eyni səviyyədə olmalıdır

Kaynak: modern.az

Diğer Haberler