Hakan Safi böyük oynayır! Məşhur məşqçi ilə görüşdü, onu “Fənərbaxça”ya gətirəcək
Neapolda Antonio Konte dövrü başa çatmaq üzrədir. İtaliya mətbuatı təcrübəli çalışdırıcının mövsümün sonunda klubdan ayrılacağını yazarkən, "Fənərbaxça" və İtaliya Milli Komandası ilə bağlı iddialar gündəmə gəlib İtaliyadan gələn xəbərlərə görə, "Napoli" rəhbərliyi ilə Antonio Konte arasında müqav

Neapolda Antonio Konte dövrü başa çatmaq üzrədir. İtaliya mətbuatı təcrübəli çalışdırıcının mövsümün sonunda klubdan ayrılacağını yazarkən, "Fənərbaxça" və İtaliya Milli Komandası ilə bağlı iddialar gündəmə gəlib İtaliyadan gələn xəbərlərə görə, "Napoli" rəhbərliyi ilə Antonio Konte arasında müqavilənin qarşılıqlı ləğvi üçün danışıqlar başlayıb. Mövsümün sonunda tərəflərin yollarını ayıracağının dəqiq olduğu bildirilib Ötən mövsüm "Napoli"ni çempionluğa aparan Kontenin transfer büdcəsi və komanda planlaması ilə bağlı klub prezidenti Aurelio De Laurentis ilə ciddi fikir ayrılıqları olduğu bildirilib. Təcrübəli çalışdırıcının ayrılığa müsbət yanaşdığı bildirilirdi “Napoli” Kontenin rəhbərliyi altında keçən mövsüm A Seriya çempionluğunu qazanıb. Bu mövsüm komanda Çempionlar Liqasının qazanında qalsa da, lider “İnter”dən geri qalıb İtaliya mətbuatı da Antonio Kontenin İtaliya milli komandasına ən güclü namizədlərdən biri olduğunu yazıb. Bildirilib ki, yeni rəhbərlik məşqçi ilə bağlı qərarını iyunun 22-də keçiriləcək federasiya seçkilərindən sonra verəcək “Fənərbağça”nın Konteyə iddiası da diqqət çəkib. Sercan Hamzaoğlunun xəbərinə görə, "Fənərbağça"nın prezidentliyə namizədi Hakan Safinin Paolo Maldini ilə məsləhət görüşləri keçirdiyi və baş məşqçi vəzifəsi üçün Antonio Konte ilə rəsmi əlaqə saxladığı iddia edilib. İlk görüşlərin müsbət keçdiyi iddia edilib Antonio Kontenin gələcəyi ilə bağlı yekun qərarın "Napoli"nin "Udineze" ilə son liqa oyunundan sonra veriləcəyi gözlənilir. Təcrübəli texniki adamın yeni ünvanı artıq böyük maraq doğurub


