David Jorda Sanchis Haier Bosphorus Challenger Cup Tennis Turnirində çempion oldu
Türkiyə Tennis Federasiyasının (TTF) TTF İstanbul Tennis Təlim Mərkəzində təşkil etdiyi Haier Bosphorus Challenger Cup Tennis Turnirinin təklər üzrə çempionu David Jorda Sanchis olub TTF-dən verilən açıqlamaya görə, ATP Challenger 75 səviyyəsində keçirilən və 26 ölkədən 74 tennisçinin mübarizə apa
Türkiyə Tennis Federasiyasının (TTF) TTF İstanbul Tennis Təlim Mərkəzində təşkil etdiyi Haier Bosphorus Challenger Cup Tennis Turnirinin təklər üzrə çempionu David Jorda Sanchis olub TTF-dən verilən açıqlamaya görə, ATP Challenger 75 səviyyəsində keçirilən və 26 ölkədən 74 tennisçinin mübarizə apardığı təşkilatın təkbətək finalında 3 nömrəli tennisçi Andrej Nediç və David Jorda Sanchis üz-üzə gəlib. 1 saat 44 dəqiqə davam edən qarşılaşmada David Jorda Sanchis turnir boyu set itirmədən finala yüksələn Andrej Nediçi 6-4 hesabı ilə 2-0 məğlub edərək çempion olub. Bu nəticə ilə ispaniyalı tennisçi karyerasında ATP Challenger səviyyəsində ilk çempionluğunu qazanıb Cütlər kateqoriyasında kubokun qalibi amerikalı Corc Qoldhoff və Teodor Uinqar dueti olub İdmançılara kubokları TTF prezidenti Şafak Müderrisgil və Haier Europe Türkiye, Cənubi Avropa və İnkişaf etməkdə olan Bazarlar Baş direktoru Gözde Küçükyılmaz təqdim edib


