Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm
U-17 millisində böyük uğurlar qazanacağımıza inanıram Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın sərbəst güləş üzrə U-17 millisinin böyük məşqçisi vəzifəsinə təyin olunan ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev deyib O, uzun illər milli komandanın heyət

U-17 millisində böyük uğurlar qazanacağımıza inanıram Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın sərbəst güləş üzrə U-17 millisinin böyük məşqçisi vəzifəsinə təyin olunan ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev deyib O, uzun illər milli komandanın heyətində çıxış etdiyini və kapitan kimi Azərbaycanın sərbəst güləş tarixində önəmli uğurlara imza atdığını xatırladıb: “İndi isə bu yolu məşqçi kimi davam etdirəcəyəm. Yeniyetmə yaş qruplarında çalışmaq çox məsuliyyətli və çətin vəzifədir. Çünki idmançılar hələ formalaşma mərhələsində olurlar. Onların texniki və nəzəri hazırlığı üzərində ciddi işləmək lazımdır. Məqsədimiz gənc güləşçiləri növbəti yaş qruplarına tam hazır şəkildə yetişdirməkdir” Veteran güləşçi bu yolda tək olmadığını vurğulayıb: “Mənimlə yanaşı, Qırxlar Bədəlov, Allahverdi Vəliyev və Yaşar Əliyev də fəaliyyət göstərəcəklər. İnanıram ki, birgə çalışaraq uğurlu nəticələr qazanacağıq. Əsas məqsədimiz yeniyetmə güləşçilərə düzgün istiqamət vermək, onların potensialını üzə çıxarmaq və gələcəkdə böyüklər səviyyəsinə qədər inkişaf etmələrinə töhfə göstərməkdir” H. Əliyev, həmçinin özündən əvvəl U-17 yığmasına rəhbərlik edən Əsgərxan Novruzovun əməyini yüksək qiymətləndirib: “Əsgərxan müəllimin zəhməti danılmazdır. Komanda onun rəhbərliyi altında beynəlxalq arenada mühüm uğurlar əldə edib. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram” O, U-15 millisinin böyük məşqçisi vəzifəsinə təyin olunan Emin Əzizovu və U-20 yığmasının böyük məşqçisi postuna gətirilən Əşrəf Əliyevi də təbrik edib: “İstər U-15, istər U-17, istər U-20, istərsə də böyüklərdən ibarət millilər - hamımız bir ailənin üzvləriyik. Bir-birimizə dəstək olmalı və vahid məqsəd uğrunda çalışmalıyıq. Bizim əsas vəzifəmiz güləşçiləri mərhələli şəkildə inkişaf etdirərək gələcək Olimpiya Oyunlarına hazırlamaqdır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


