Gözlərə işıq, qəlblərə nur bəxş edən alim – akademik Zərifə Əliyeva
İnsan dünyanı gözləri ilə görər, amma ürəyi ilə dərk edər. Göz nuru insanın həyat keyfiyyətidir. Sağlam göz aydın düşüncənin və düzgün qərarın başlanğıcıdır. Məhz belə bir başlanğıcla başladı tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın məzmunlu bir ömür yolu Mavi

İnsan dünyanı gözləri ilə görər, amma ürəyi ilə dərk edər. Göz nuru insanın həyat keyfiyyətidir. Sağlam göz aydın düşüncənin və düzgün qərarın başlanğıcıdır. Məhz belə bir başlanğıcla başladı tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın məzmunlu bir ömür yolu Mavi səma, parlayan günəş və aydın dünya, bu dünyaya gələn bir dəyər imzası. Bu dünyada hiss etmə, görmə xüsusiyyətini bizə əxz etdirən dəyərli imza - akademik oftalmoloq Zərifə Əliyeva imzasıdır Gəray Gəraybəyli – Tibb elmləri doktoru, professor, ATU-nun rektoru: Görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin böyük irsinin davamçısı olan Zərifə xanım Əliyeva genetikada qoyulmuş əsasları çox uğurla davam etdirib. Hesab edirəm ki, ümumiyyətlə, bu ad, bu ailə bəlkə də dünyada çox nadir ailələrdəndir. Çünki bu qədər geniş alimlik, bu qədər alicənablıq, bu qədər zəka, intellekt sahibi olmaq və öz sənətinə vurğunluq bir nəsildən digər nəsilə ötürülür. Zərifə xanım da tibb aləmində, səhiyyədə, xüsusən də öz həyatını həsr etdiyi oftalmologiya sahəsində böyük bir alimdir Paşa Qəlbinur - Tibb elmləri doktoru, professor: Akademik Zərifə xanım Əliyeva mənim müəllimim olub. Bu mənada onun haqqında danışmaq mənə həm asandır, həm də çox çətindir. O, müəllim kimi çox yadda qalan, tələbələrinin taleyinə yazılan bir insan idi. Onun təlim sistemi, onun bilikləri təlqin etmək bacarığı, onun üstün bir qabiliyyəti idi. Hər müəllimin öz üsulu var. O, fərqli bir müəllim idi. Böyük hərflərlə yazılan MÜƏLLİM Şərəf Cəlili – Filologiya üzrə fəlsəfə doktoru, publisist-tədqiqatçı: Akademik Zərifə Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, eyni zamanda Azərbaycan SSRİ Sülhü Müdafiə Komitəsinin sədr müavini idi. O zamanlar Sülhü Müdafiə Komitəsinin sədri Mustafa bəy Topçubaşov idi, Azərbaycan Milli Elmlər Akademiyasının 15 təsisçisindən biri. Bütün bunlar Zərifə xanım haqqında əslində zamanının verdiyi dəyərin ən ali sübutudur Akademik Zərifə Əliyeva oftalmologiyada bir sıra ilklərə imza atdı. Elə onun görmə orqanının peşə patologiyası elmi tədqiqat araşdırma laboratoriyası buna bariz nümunə ola bilər. Bu sahə oftalmologiyada bir ilk idi və bu sahə Zərifə Əliyevanın adı ilə bağlıdır Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirir və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırır. Zərifə xanım elmdə ilk dəfə olaraq, yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənir və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlayır. Onun bu istiqamətdə apardığı elmi tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının “Averbax” adına mükafatına layiq görülür Zərifə xanımın elmi axtarışlarından biri məhz traxoma xəstəliyinin müalicəsində digər üsullarla yanaşı sintomisinlə istifadə olunması idi. O vaxt üçün bu, inqilabi bir açılış idi, inqilabi bir müalicə üsulu idi. Bütün fəaliyyətini tibbə, oftalmologiyaya həsr etmiş Zərifə xanım oftalmologiyada həddindən artıq dərin iz qoyub Zərifə xanım səmimiyyət və sevgi dolu şəxsiyyət idi. O, sevgisini də, qəlbinin, könlünün nurunu da insanlara təmənnasız paylayırdı. O səbəbdən də gözün büllur qatı ilə bağlı, yəni traxoma, qlaukoma, katarakta kimi xəstəliklərin müalicəsi ilə bağlı ən ciddi əsərlərin və ilk əsərlərin müəllifi kimi təkcə Azərbaycanı yox, dünya oftalmologiyası tarixində də tarix məhz akademik Zərifə Əziz qızı Əliyevanı saxlayıb Onu demək kifayətdir ki, o, Moskvanın Helmqolts adına məşhur oftalmologiya elmi tədqiqat institutunda fəaliyyət göstərirdi. O vaxt Sovetin ən qızğın vaxtında “Averbax” adına mükafatın laureatı olub. Bir çox elmi şuraların üzvü olub, bir çox elmi jurnalın redaksiya şurasının üzvü olub. Zərifə xanımın həmçinin geniş ictimai fəaliyyəti var idi. Onun yaratdığı beynəlxalq əlaqələr, onun yaratdığı dostluq əlaqələrinin nəticəsində Bakıda bir çox ittifaq miqyaslı konfranslar keçirilirdi. O vaxt çox nadir hallarda belə bir respublikada tədbirlər keçirilirdi. Ancaq Azərbaycanda və Bakıda Zərifə xanımın rəhbərliyi altında böyük qurultaylar, böyük konfranslar keçirilirdi “Averbax” mükafatı almışdı. İlk qadın laureatı idi. Oftalmologiya sahəsində dünyanın nüfuzlu elmi ödüllərindən biri idi, ona layiq görülmüşdü” Zərifə Əliyeva insanları sevirdi, insanlığı sevirdi. O, çox yaxşı anlayırdı ki, xəstə ilə həkimin bərabər dostluğu mütləq xəstəliyə qalib gələ biləcək bir səbəb olacaq. Ona görə də o, hər zaman öz fəaliyyətində, öz işində, öz yazılarında tibbi etikaya və tibbi deontologiyaya xüsusi önəm verirdi və hər zaman deyirdi: "Həkimin iynə dərmanından çox, onun diqqəti xəstəni sağaldır." Bu mənada onun yazmış olduğu bir sıra əsərlər Azərbaycan tibb elmində tibbi deontologiya üçün ən vacib və ən misilsiz nemətlərdən biridir Telli Pənahqızı – Əməkdar mədəniyyət işçisi: Bakının o vaxt çox məşhur bir istehsalat sahəsi vardı, Çini qablar zavodu. O, həmin müəssisədə insanlarla söhbət edirdi, onların gözlərini yoxlayırdı. Təsadüf elə gətirdi ki, bir dəfə bir yoxlanışda mən də iştirak etdim və onun o zərif görkəmində, onun o gözəl gözlərində insanlara olan böyük məhəbbəti mən hiss etdim. Hər kəslə öz doğması kimi danışırdı. Sual verirdi, diqqətlə onu dinləyirdi Zərifə xanım mənim gözümdə böyük bir həkimdir ilk növbədə. Diaqnoz qoymaq, müalicə etmək yaxşı insan bacara bilər. Ancaq öz pasiyentinə tam şəkildə ürəklə yanaşmaq bu, hər adamın işi deyil və hər həkimin işi deyil, çox təəssüf. Zərifə xanım bu nöqteyi-nəzərdən də bir nümunə idi bütün həkimlər üçün. Onu demək kifayətdir ki, Zərifə xanım oftalmologiyaya aid nə qədər kitablar yazıb, nə qədər metodik tövsiyələr yazıb. Ancaq onun ən məşhur kitablarından biri də tibbi deontologiyaya həsr olunmuş kitabdır. Bu hər bir həkimin ixtisasından asılı olmayaraq onun bir stolüstü kitabıdır Zərifə xanımın vaxtında indiki kimi insan-xəstə-həkim münasibətləri, deontologiya, yəni xəstənin psixikasında olan o çox rəngarənglik o vaxt yox idi. İlk dəfə o, elmi məqalələr yazdı bu həkim-xəstə münasibətləri, deontologiya tibbində. Və bunu da Moskvada çıxan "Vestnik Oftalmologii" jurnalında çap elətdirdi. İndi o dərgi çap olunur və dünyaya yayılır Bəzən xəstəyə sözün əsl mənasında həkimin o münasibəti, o emosiyası, o qayğısı lazımdır və bu nöqteyi nəzərdən Zərifə Əliyeva bu piramidanın ən yuxarı nöqtəsində dayanıb. Mənə sual versələr ki, Zərifə xanımın insan xüsusiyyətləri, yoxsa professional xüsusiyyətləri daha üstündür, mən bu suala çətinlik çəkərəm cavab verməyə. Çünki hər ikisi çox yüksək idi. Hər ikisi çox yüksək olduğu halda məhz Zərifə xanım tarixdə belə bir dərin iz qoyub Məşhur akademik, oftalmoloq M. Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyası haqqında elmi araşdırmaları barədə deyirdi: "Əgər əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, yeni bir məktəbin banisi olardı" Puçkovskaya kimi böyük bir alim deyir ki, sevinc, səadət, harmoniya, səmimiyyət, yaxşılıq və xeyirxahlıq Zərifə xanım Əliyevanın tərcümeyihalında, xarakterində idi Dünya oftalmologiya elminin digər tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi fikirlər söyləyiblər. Görkəmli oftalmoloq akademik A.Nesterov deyib: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi." Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırıb Professor Şimilyova isə "əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım" deyərək onun mənəvi dəyərlər tarixindəki yerini xüsusi qiymətləndirib Zərifə Əliyeva müasir Azərbaycan qurucusunun, müasir Azərbaycan memarının, Ulu öndər Heydər Əliyevin ömür- gün yoldaşı idi və tarixin bütün dönəmlərində, hər zaman ulu öndərin yanında sadiq dost olaraq ona dəstək olurdu. Əlbəttə, ictimai xadim, böyük tarixi şəxsiyyət Əziz Əliyev ailəsinin ənənələrindən qidalanan bu miras belə də olmalı idi Əziz Məmmədkərim oğlu Əliyevin ən böyük dəyəri, bir irs və miras olaraq xalqına buraxdığı ən böyük sərvəti onun övladları idi Tale elə gətirmişdi ki, çox böyük bir adamın ailəsində doğulmuşdu. Böyük bir adamın ömür-gün yoldaşı idi Zərifə xanım ləyaqətli bir övlad idi, məsuliyyətli bir ana idi və sədaqətli, həm də həddindən artıq qayğıkeş bir xanım idi. Ailəsinin, doğmalarının, yaxınlarının, nəslinin həmişə başını ucaldacaq bir şəxsiyyət Əziz Əliyevin hər bir övladı həm də musiqi dərsləri alırdılar. O musiqi dərsləri alanların sırasında ikisi var idi ki, onlar sənət, mədəniyyət tarixinə həm də öz adlarını yazmışdılar. “Dan ulduzu” instrumental ansamblı yeni bir ruhun, yeni bir dünyanın davamçısı idi, yeni bir dünyanın təməlini qoyurdu Gülarə Əliyeva. Amma Zərifə xanım Əliyevanın əlləri, yəni onun o zərif əlləri ki, neçələrlə gözlərə nur-işıq paylayırdı 1985-ci il, aprelin 15-də soyuq Moskva torpağı isti sevgi nəfəsini öz qoynuna aldı. Gözlərə məlhəm olan Zərifə xanım Əliyeva Moskvada gözlərini dünyaya əbədi yumdu Zərifə xanım Əliyeva dünyasını dəyişəndə Ulu öndərimiz siyasi fəaliyyətinin Moskva dövrünü yaşayırdı. Hamı bilir ki, Ulu Öndər Heydər Əliyev elə qüdrətli dövlət xadimlərindəndir ki, onu hər deyəndə ağlatmaq, kövrəltmək mümkün deyildi. Amma Ulu öndər Heydər Əliyev həyatda iki dəfə sarsılaraq ağlamışdı. Onun biri və birincisi Moskvada Zərifə xanımın vida mərasimində baş vermişdi. İkincisi isə 1994-cü ildə Ulu öndər siyasi hakimiyyətinin ikinci mərhələsində tarixi bir qərar almışdı. Əsrin müqaviləsindən, Atəşkəs müqaviləsi imzalanandan sonra Zərifə xanımın nəşinin Moskvadan Bakıya köçürülməsi, Fəxri xiyabanda atasının yanında torpağa verilməsi ilə bağlı. Onun məzarüstü abidəsinin açılışı günü Zərifə xanımın abidəsinə sığal çəkən Ulu öndərimiz göz yaşı tökür Zərifə xanım Əliyeva taleyində çox müstəsna bir rol oynamış həkim, müəllim, ictimai xadim, ana, tədqiqatçı və böyük hərflərlə yazılacaq bir Azərbaycan vətəndaşı idi Vətəni ana bilmək, ana nəfəsini vətən ətrində duymaq... Bu böyük sevgi vəhdətinin müqəddəsliyi idi Zərifə xanımın övladlarına verdiyi ən dəyərli miras. Belə bir ana elə belə bir də sərkərdə yetişdirə bilərdi. Tarix yazan, tarixdə qalan, əsrə səs salan sərkərdə “Əlbəttə ki, onun unudulmaz obrazı bu gün də mənim üçün çox əziz, doğmadır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur” ( İlham Əliyev) Belə bir ömür kitabı, belə bir ömür yolu və belə bir həyat işığı Bu dünyada hər kəs öz adının haqqını verir. Zərif çiyinlərində ən zərif peşəyə sahib və ağappaq halda dünyanı bəmbəyaz göstərə bilmək idi Zərifə xanımın missiyası. Bir bəyaz mələk missiyası Fəxriyyə Lilpar İsayeva Sənətşünaslıq üzrə fəlsəfə doktoru, telejurnalist
Diğer Haberler

29 aprel 2026-cı il üçün ulduz falı şərhləri! Buğa, Əqrəb, Şir SEVGİ, EVLİLİK, SAĞLAMLIQ şərhləri nə deyir?

Prezident Kitabxanasında akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib
