Göyçayda taxıl biçininə başlanılıb
Göyçay rayonunda 2026-cı ilin taxıl biçini mövsümünə start verilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk olaraq rayonun Alpoud kəndi ərazisində vətəndaşlara məxsus əkin sahələrində arpa biçininə başlanılıb. Arpa sahələrində biçin işləri başa çatdıqdan sonra buğda zəmilərində məhsul yığımına

Göyçay rayonunda 2026-cı ilin taxıl biçini mövsümünə start verilib AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk olaraq rayonun Alpoud kəndi ərazisində vətəndaşlara məxsus əkin sahələrində arpa biçininə başlanılıb. Arpa sahələrində biçin işləri başa çatdıqdan sonra buğda zəmilərində məhsul yığımına başlanılacaq Biçin prosesinin operativ və itkisiz həyata keçirilməsi məqsədilə “Aqroservis”in Göyçay bölməsinə məxsus 11 kombayn, fərdi sahibkarlara aid 6 kombayn, eləcə də yaxınlıqdakı dağlıq rayonlardan cəlb olunan əlavə texnikalar sahələrdə fəaliyyət göstərir. Mövsüm ərzində rayon üzrə ümumilikdə 36 kombaynın işləməsi nəzərdə tutulub Fermerlərin sözlərinə görə, bu il taxıl sahələrində məhsuldarlıq yüksəkdir. Yaz və payız aylarında aparılan aqrotexniki tədbirlər, o cümlədən vaxtında şum və səpin işlərinin görülməsi, mineral gübrələrdən düzgün istifadə olunması, eləcə də zərərvericilərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məhsulun inkişafına müsbət təsir göstərib. Eyni zamanda, yaz aylarında yağan yağıntılar taxılın inkişafı üçün əlverişli şərait yaradıb. Nəticədə sünbüllərin doluluğu və məhsuldarlıq göstəriciləri ötən illə müqayisədə daha yüksək qiymətləndirilir Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Famil Nəbiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, rayon ərazisində 2025-ci ilin payızında 2026-cı ilin məhsulu üçün ümumilikdə 10 min 809 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 5 min 837 hektarını arpa, 4 min 972 hektarını isə buğda təşkil edir. Onun sözlərinə görə, biçin prosesinin vaxtında və itkisiz başa çatdırılması üçün rayonun texniki imkanları səfərbər olunub. Eyni zamanda, əlavə kombaynların cəlb edilməsi məhsul yığımının daha sürətli həyata keçirilməsinə şərait yaradacaq Mütəxəssislərin proqnozlarına əsasən, ötən il hər hektardan orta hesabla 20-40 sentner məhsul əldə olunduğu halda, bu il həmin göstəricinin 30-50 sentnerə çatacağı gözlənilir. Bu isə rayonun taxılçılıq sahəsində əldə etdiyi nəticələrin daha da yaxşılaşacağını göstərir Qeyd edək ki, biçin mövsümü ərzində kombaynların rayon ərazisində növbəli şəkildə fəaliyyət göstərməsi planlaşdırılır. Məqsəd məhsul yığımını qısa müddətdə başa çatdırmaq, məhsul itkisinin qarşısını almaq və fermerlərin əməyinin səmərəli nəticələnməsini təmin etməkdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


