İğdır valisi Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO
İğdır valisi Mustafa Fırat Taşolar Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyətini qəbul edib “Report” Naxçıvan Muxtar Respublikasının (MR) İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, səfər Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və Azərbaycanın Qarsdakı Baş Konsulluğu ilə birgə

İğdır valisi Mustafa Fırat Taşolar Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyətini qəbul edib “Report” Naxçıvan Muxtar Respublikasının (MR) İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, səfər Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və Azərbaycanın Qarsdakı Baş Konsulluğu ilə birgə təşkil olunub Tərəflər NMR ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ayrı-ayrılıqda Zəngəzur dəhlizinin regionun gələcək iqtisadi inkişafına töhfəsi məsələsi qaldırılıb Azərbaycan nümayəndə heyətinin Qars valisi Ziya Polat və bələdiyyə sədri Ötükən Şengər ilə görüşlərində ticarət-iqtisadi tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyalar məsələləri müzakirə olunub Daha sonra Qars Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Kadir Bozan və yerli sahibkarlarla görüş olub. Görüşdə Naxçıvanda sahibkarlar üçün vergi, gömrük və sosial sığorta güzəştləri, regionun ixrac imkanları və ikitərəfli əməkdaşlıq perspektivləri barədə məlumat verilib Səfər proqramına əsasən, növbəti görüşlər və tədbirlər İstanbul və İzmirdə keçiriləcək


