Tenqri
Ana Səhifə
Dünya

Ayətullahların nəhəng arsenalı

İranda hələ də yeraltı bunkerlərdə yerləşən buraxılış qurğuları bərpa edildikdən sonra istifadə oluna biləcək minlərlə ballistik raket var. Bu barədə şənbə günü, aprelin 11-də “The Wall Street Journal” Amerika kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb Nəşrin məlumatına görə, döyüşlər zaman

0 baxışhaqqin.az
Ayətullahların nəhəng arsenalı
Paylaş:

İranda hələ də yeraltı bunkerlərdə yerləşən buraxılış qurğuları bərpa edildikdən sonra istifadə oluna biləcək minlərlə ballistik raket var. Bu barədə şənbə günü, aprelin 11-də “The Wall Street Journal” Amerika kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb Nəşrin məlumatına görə, döyüşlər zamanı İranın buraxılış qurğularının təxminən yarısı məhv edilib, zədələnib və ya dağıntılar altında qalmasına baxmayaraq, onların əhəmiyyətli bir hissəsini təmir etmək və yerdən çıxarmaq mümkündür Nəşrin istinad etdiyi ABŞ və İsrail rəsmiləri qeyd edirlər ki, İranın raket arsenalı müharibədən əvvəlki səviyyələrlə müqayisədə yarıbayarı azalsa da, Tehran hələ də minlərlə yaxın və orta mənzilli ballistik raketlərə malikdir. Onların əksəriyyəti yeraltı tunellərin və möhkəmləndirilmiş anbarların geniş şəbəkəsində gizlənir Hesabatda həmçinin bəzi ABŞ administrasiyasının rəsmilərinin İranın öz raket anbarını bərpa etmək və zədələnmiş infrastrukturu təmir etmək üçün hazırkı sakitlik və atəşkəsdən istifadə etmək niyyətində olması ilə bağlı narahatlıqları vurğulanır

Kaynak: haqqin.az

Diğer Haberler