Azərbaycanda yaşıllıqlar 13 faizdən 38 faizə yaxın artıb - Anar Quliyev
BAKI, Azərbaycan, 17 may. Azərbaycanda yaşıllıqların payı əhəmiyyətli dərəcədə artaraq 13%-dən təqribən 38%-ə yüksəlib, Trend xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Gündəliyi üzrə nazirlərin görüşündə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri A

BAKI, Azərbaycan, 17 may. Azərbaycanda yaşıllıqların payı əhəmiyyətli dərəcədə artaraq 13%-dən təqribən 38%-ə yüksəlib, Trend xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Gündəliyi üzrə nazirlərin görüşündə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib "Bu istiqamətdə aparılan işlərin davamı olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (UN-Habitat), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Bakı İqlim və Sülh Qovşağı ilə tərəfdaşlıqda WUF13 zamanı "Ağıllı Davamlı Qəsəbələr" adlı təhlükəsiz qayıdış paketi üçün təşəbbüs irəli sürməyi planlaşdırır Onun sözlərinə görə, layihə davamlı bərpa və yenidənqurma üçün beynəlxalq səviyyədə tanınmış standartların tətbiqinə dəstək vermək məqsədi daşıyır Quliyev qeyd edib ki, Azərbaycan davamlı yenidənqurma, iqlimə həssas planlaşdırma, rəqəmsal transformasiya və inklüziv məkan inkişafı vasitəsilə qlobal müzakirələrə fəal töhfə vermək niyyətindədir "Azərbaycan BMT-Habitat ilə tərəfdaşlığını yüksək qiymətləndirir və şəhərlərin qlobal inkişafın və iqlim həllərinin mərkəzində qalmasını təmin etmək üçün əməkdaşlığın gücləndirilməsinə tam sadiqdir", - o vurğulayıb Sədr çıxışını yekunlaşdıraraq WUF13 iştirakçılarına yüksək məhsuldar müzakirələr və uğurlu tədbir arzulayıb


