Gürcüstanda yanacaq bahalaşıb
Gürcüstanda yanacaq yenidən bahalaşıb. Xüsusilə, bəzi brend yanacaqdoldurma məntəqələrində müxtəlif növ yanacağın qiyməti son bir həftədə 20–30 tetri, mart ayından bəri isə 1 lari 24 tetri (50 sent) artıb AZƏRTAC xəbər verir ki, qiymət artımı Yaxın Şərqdə baş verən münaqişə fonunda son iki ay ərzin

Gürcüstanda yanacaq yenidən bahalaşıb. Xüsusilə, bəzi brend yanacaqdoldurma məntəqələrində müxtəlif növ yanacağın qiyməti son bir həftədə 20–30 tetri, mart ayından bəri isə 1 lari 24 tetri (50 sent) artıb AZƏRTAC xəbər verir ki, qiymət artımı Yaxın Şərqdə baş verən münaqişə fonunda son iki ay ərzində mütəmadi olaraq davam edir Müxtəlif yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti 4,19 və 4,37 lari arasında dəyişir. Bu giymət mart ayının 7-dən bəri ən yüksək göstəricidir. Martın 7-də qiymət 3,13 lari olub və qiymət artımı 1,24 lari təşkil edib Benzinin qiyməti isə 3,29 və 3,79 lari arasında dəyişir Xatırladaq ki, bu ilin fevralın 28-dən etibarən Yaxın Şərqdəki hadisələr səbəbindən Hörmüz boğazı vasitəsilə daşımalar çətinləşib Analitiklərin qiymətləndirməsinə görə, Hörmüz boğazı tam açılsa belə, neft tədarük zəncirlərinin normallaşması aylar çəkə bilər və bu səbəbdən qlobal enerji bazarlarında qiymət artımı davam edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Hazırda Özbəkistanda İkinci Dünya Müharibəsi veteranı və onlara bərabər tutulan 60 nəfər yaşayır

Neytrallıq, sanksiyalar və məhbusların taleyi. Ukraynanın Qırğızıstandakı səfiri ilə - müharibə və Orta Asiya ilə əlaqələr haqqında
