Tenqri
Ana Səhifə
Dünya

Gürcüstan Dəmir Yollarının keçmiş rəhbəri axtarışa verilib

Gürcüstan Dəmir Yollarının keçmiş rəhbərliyinin korrupsiya sxemi işi üzrə aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 8 nəfər cinayət məsuliyyətinə cəlb olunub APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş brifinqdə bildirili

0 baxışapa.az
Gürcüstan Dəmir Yollarının keçmiş rəhbəri axtarışa verilib
Paylaş:

Gürcüstan Dəmir Yollarının keçmiş rəhbərliyinin korrupsiya sxemi işi üzrə aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 8 nəfər cinayət məsuliyyətinə cəlb olunub APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş brifinqdə bildirilib İş üzrə iki nəfərə qiyabi ittiham irəli sürülüb və barələrində axtarış elan edilib. Həmin şəxslərdən biri Gürcüstan Dəmir Yollarının sabiq baş direktoru Davit Peradzedir İstintaqla müəyyən edilib ki, Davit Peradze 2019-cu ilin payızında şirkətin iri əmlaklarını saxtakarlıqla ələ keçirmək məqsədi ilə mütəşəkkil cinayətkar qrup yaradıb. Qrup əvvəlcədən planlaşdırılmış sxemə əsasən şirkətin dəmir metal qırıntılarını dəqiq orijinal həcmini müəyyən etmək mümkün olmayan şəkildə toplamalı, daşımalı, kəsməli və çeşidləməli idi. Bununla yanaşı öncədən seçilmiş şirkətlər vasitəsilə qanunsuz olaraq gömrük sənədləri rəsmiləşdirilib Nəticədə 22 120 ton metallom qeyri-qanuni yolla mənimsənilib və leqallaşdırılmadan sonra lariyə satılıb. Əldə olunan vəsaitlər daha sonra qrup iştirakçıları arasında bölüşdürülüb İstintaqla həmçinin müəyyən olunub ki, 2022-ci ildə Gürcüstan Dəmir Yolları ilə "Raveldi" MMC arasında 999 768 ABŞ dolları dəyərində relslərin təmiri müqaviləsi imzalanıb və təhvil-təslim aktlarında rəqəmlər şişirdilib İş üzrə istintaq davam etdirilir Cinayətkar qrupun üzvlərini 9 ildən 12 ilə qədər həbs cəzası gözləyir. DTX cinayətkar qrupun digər üzvlərini müəyyən etməkdə davam edir

Kaynak: apa.az

Diğer Haberler