Tenqri
Ana Səhifə
Dünya

"Gürcüstan Dəmir Yolları"nda korrupsiya işi üzrə 8 nəfərə ittiham irəli sürülüb

"Gürcüstan Dəmir Yolları" SC-də korrupsiya faktları ilə bağlı keçmiş rəhbər də daxil olmaqla ümumilikdə 8 nəfərə qarşı ittiham irəli sürülüb "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Emzar Qaqnidze məlumat ve

0 baxışreport.az
"Gürcüstan Dəmir Yolları"nda korrupsiya işi üzrə 8 nəfərə ittiham irəli sürülüb
Paylaş:

"Gürcüstan Dəmir Yolları" SC-də korrupsiya faktları ilə bağlı keçmiş rəhbər də daxil olmaqla ümumilikdə 8 nəfərə qarşı ittiham irəli sürülüb "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Emzar Qaqnidze məlumat verib Onun sözlərinə görə, cinayət işi "Gürcüstan Dəmir Yolları" SC-nin keçmiş rəhbər heyətinin fəaliyyəti dövründə həyata keçirilən korrupsiya sxemləri ilə bağlıdır. İttihamlara əsasən, həmin sxemlər vasitəsilə külli miqdarda dövlət vəsaiti mənimsənilib və qanunsuz əldə edilən gəlirlərin leqallaşdırılması həyata keçirilib Məlumata görə, istintaq çərçivəsində şirkətə məxsus metal tullantılarının qanunsuz şəkildə satılması, saxta tenderlərin keçirilməsi və sənədləşmədə fırıldaq halları müəyyən edilib. Belə ki, ci illər ərzində on minlərlə ton qara metalın mənimsənildiyi və bu prosesdən əldə edilən vəsaitlərin müxtəlif şirkətlər vasitəsilə dövriyyəyə buraxıldığı iddia edilir. Bundan başqa, bəzi təmir və infrastruktur işlərində də şişirdilmiş aktlar əsasında artıq ödənişlərin həyata keçirildiyi bildirilir Təqsirləndirilən şəxsləri 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler