Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb
Gürcüstan Daxili İşlər Nazirliyi “Daryal” sərhəd-keçid məntəqəsinin neytral zonasında olan 17 nəfərlə bağlı açıqlama yayıb AZƏRTAC xəbər verir ki, Gürcüstan tərəfi onların mütəşəkkil, təhlükəsiz və könüllü şəkildə vətənlərinə qayıtması üçün Ukrayna və beynəlxalq təşkilatlarla intensiv danışıqları d

Gürcüstan Daxili İşlər Nazirliyi “Daryal” sərhəd-keçid məntəqəsinin neytral zonasında olan 17 nəfərlə bağlı açıqlama yayıb AZƏRTAC xəbər verir ki, Gürcüstan tərəfi onların mütəşəkkil, təhlükəsiz və könüllü şəkildə vətənlərinə qayıtması üçün Ukrayna və beynəlxalq təşkilatlarla intensiv danışıqları davam etdirir DİN-in bəyanatında deyilir ki, nazirlik Ukraynanın Gürcüstandakı səfirliyi və beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə neytral zonada olan şəxslərin əsas ehtiyaclarını təmin edir “Hazırda qadınlar və uşaqlar da daxil olmaqla, 17 nəfər “Daryal” sərhəd-keçid məntəqəsinin neytral zonasında qalır. Həmin şəxslər Ukrayna vətəndaşı olduqlarını iddia etsələr də, sərhədi keçmək üçün tələb olunan etibarlı sənədlərə malik deyillər və Gürcüstanın dövlət sərhədinə giriş meyarlarına cavab vermirlər” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


