Tenqri
Ana Səhifə
Dünya

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda keçirilən 10-cu üçtərəfli görüşünü yalnız növbəti diplomatik tədbir kimi qiymətləndirmək düzgün olmaz. Bu format artıq çoxdan protokol çərçivəsindən çıxaraq Cənubi Qafqazda formalaşan yeni regional arxitekturanın mühüm siyasi plat

0 baxışazertag.az
Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir
Paylaş:

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda keçirilən 10-cu üçtərəfli görüşünü yalnız növbəti diplomatik tədbir kimi qiymətləndirmək düzgün olmaz. Bu format artıq çoxdan protokol çərçivəsindən çıxaraq Cənubi Qafqazda formalaşan yeni regional arxitekturanın mühüm siyasi platformalarından birinə çevrilib Bu fikirləri AZƏRTAC-a açıqlamasında gürcü politoloq Gela Vasadze bildirib Onun sözlərinə görə, regionda müharibədən sonra yaranmış yeni reallıqlar, qüvvələr balansının dəyişməsi və əvvəlki təhlükəsizlik mexanizmlərinin təsir imkanlarının zəifləməsi fonunda Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir “İstanbul görüşündə əsas diqqət üç mühüm istiqamətə yönəlib. İlk növbədə, regional təhlükəsizlik və postmünaqişə gündəliyi müzakirə olunub. Azərbaycan üçün prinsipial məsələlərdən biri regional sabitliyin xarici vasitəçilər ətrafında deyil, region ölkələrinin real maraqları əsasında formalaşdırılmasıdır. Türkiyə bu prosesdə Azərbaycanın strateji müttəfiqi kimi çıxış edir, Gürcüstan isə mühüm tranzit və siyasi tərəfdaşdır. Buna görə də məsələ yalnız sabitliyin qorunması ilə məhdudlaşmır. Əsas suallardan biri də regionda sabitliyin hansı prinsiplər əsasında və kim tərəfindən formalaşdırılmasıdır”, - deyə politoloq vurğulayıb G.Vasadze bildirib ki, ikinci əsas mövzu Orta Dəhlizin inkişaf perspektivləri olub. Bu gün Orta Dəhliz artıq, sadəcə, Çinlə Avropa arasında Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən uzanan nəqliyyat marşrutu deyil. Bu dəhliz, eyni zamanda, geosiyasi baxımdan Şimal marşrutlarına alternativ kimi çıxış edir. Rusiya-Ukrayna müharibəsi Şimal marşrutunun əhəmiyyətini ciddi şəkildə azaldıb. Belə bir şəraitdə Azərbaycan, Gürcüstan və Türkiyə öz coğrafi mövqelərini mühüm siyasi və iqtisadi üstünlüyə çevirmək imkanı əldə edirlər. Bu potensialdan tam istifadə etmək üçün yalnız siyasi bəyanatlar kifayət deyil. Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün infrastruktur layihələrinin əlaqələndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, liman və dəmir yolu sistemlərinin modernləşdirilməsi, eləcə də enerji layihələri üzrə koordinasiyanın gücləndirilməsi vacibdir “Üçüncü əsas istiqamət enerji əməkdaşlığı ilə bağlı idi. Bu gün Bakı enerji resurslarının əsas təchizatçılarından biri, Türkiyə mühüm enerji habı və iri bazar, Gürcüstan isə vacib tranzit halqasıdır. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı–Tbilisi–Qars layihələri üç ölkənin əməkdaşlığının nə qədər səmərəli olduğunu artıq sübut edib. İndi əsas məsələ bu əməkdaşlığın yeni mərhələyə keçib-keçməyəcəyidir. Buraya yaşıl enerji layihələri, elektrik enerjisi ötürücü xətləri və Avropa istiqamətində enerji ixracının genişləndirilməsi kimi məsələlər daxildir. Üçtərəfli formatın perspektivləri kifayət qədər genişdir. Bu əməkdaşlıq mexanizmi yalnız üç ölkə arasında koordinasiya platforması olaraq qalmaya bilər. O, yeni regional sistemin nüvəsinə çevrilmək potensialına malikdir”, - deyə politoloq əlavə edib O hesab edir ki, İstanbul görüşünün əsas əhəmiyyəti məhz regionun gələcək inkişaf trayektoriyası ilə bağlıdır. Görüşün əhəmiyyəti təkcə onun keçirilməsində deyil. Əsas məsələ Azərbaycanın, Türkiyənin və Gürcüstanın Cənubi Qafqazı xarici güclərin rəqabət meydanından müstəqil nəqliyyat, enerji və siyasi mərkəzə çevirə bilib-bilməyəcəyindədir. Əgər bu format praqmatik və ardıcıl şəkildə fəaliyyət göstərərsə, regionun sabitliyi və inkişafının əsas dayaqlarından birinə çevrilə bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler