Tenqri
Ana Səhifə
Dünya

Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir

Bakı–Tbilisi–Qars layihəsi təkcə bir dəmir yolu deyil, Azərbaycanın Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında əsas tranzit mərkəzinə çevrilməsi üzrə daha geniş strategiyasının mühüm tərkib hissəsidir. İqtisadi dividendlər yalnız birbaşa gəlirlərlə məhdudlaşmır, həm də sistemli təsirlər və logist

0 baxışazertag.az
Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir
Paylaş:

Bakı–Tbilisi–Qars layihəsi təkcə bir dəmir yolu deyil, Azərbaycanın Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında əsas tranzit mərkəzinə çevrilməsi üzrə daha geniş strategiyasının mühüm tərkib hissəsidir. İqtisadi dividendlər yalnız birbaşa gəlirlərlə məhdudlaşmır, həm də sistemli təsirlər və logistik mərkəzin inkişaf mərhələləri ilə özünü göstərir. BTQ təkcə daşımaların deyil, həm də marşrut ətrafındakı ərazilərin dəyərini artırır Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, analitik Gia Abaşidze deyib Onun sözlərinə görə, uzun illər əvvəl qoyulmuş investisiyalar bu gün artıq ciddi nəticələr verir. İstifadədə olan ixrac boru kəmərləri və dəmir yolları, on milyardlarla dollar həcmində sabit suveren fond, neft gəlirləri hesabına dövlət büdcəsinin davamlı maliyyələşdirilməsi, eləcə də enerji, infrastruktur və maliyyə sahələrində xarici aktivlər, bütün bunlar Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyini daha da gücləndirir Politoloq qeyd edib ki, Azərbaycan əlavə mühüm fayda da əldə edir. Bu, yalnız tarif gəlirləri deyil. Ölkə Rusiya və Süveyş kanalı üzərindən keçən marşrutlara alternativ kimi çıxış edir, enerji və nəqliyyat sahəsində danışıqlardakı mövqeyini gücləndirir və “məcburi tranzit halqası” statusunu qazanır O hesab edir ki, dəmir yolu artıq sınaq xarakterli marşrut olmaqdan çıxaraq Avrasiya logistikasının orta miqyaslı fəaliyyət göstərən magistral xəttə çevrilir. Bu dəmir yolu qlobal konteyner yük axınları uğrunda real rəqabət aparmağa başlayır. Yükdaşımaların həcmi 5 milyon tona çatdıqda sabit yük axını formalaşır, biznes strukturları dəmir yolu ətrafında qurulmağa başlayır. Daşıma qabiliyyətinin artması isə, demək olar ki, həmişə xammal daşımalarından (neft, taxıl və s.) konteyner daşımalarına keçidlə müşayiət olunur Konteyner daşımaları elektronika məhsulları, avtomobil komponentləri, ehtiyat hissələri, sənaye malları və elektron ticarət məhsullarının daşınması deməkdir. Bu isə artıq sadəcə tranzit deyil, qlobal təchizat zəncirlərində iştirak deməkdir. Beləliklə, dəmir yolu Orta Dəhlizin dayanıqlı elementinə çevrilir Gia Abaşidze qeyd edib ki, BTQ sadəcə nəqliyyat layihəsi deyil, Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi-iqtisadi ittifaqının əsas elementidir. Məhz bu layihə həmin ölkələri Xəzər dənizi, Avropa və Asiya arasında vahid tranzit və enerji dəhlizi kimi formalaşdırıb. Bu isə artıq iqtisadi, strateji və institusional əməkdaşlıq deməkdir Türkiyə üçün bu layihə Qafqaza və Mərkəzi Asiyaya birbaşa çıxış imkanı yaradır. Ankara üçün bu, logistika sahəsində ciddi irəliləyiş və şərq istiqamətində təsir imkanlarının genişlənməsidir. Türkiyə cənub marşrutu ilə Çindən Cənubi və Mərkəzi Avropaya daşınan yüklər üçün əsas qapıya çevrilir “BTQ-nin ən mühüm üstünlüklərindən biri də ondan ibarətdir ki, bu marşrut yüklərin Çindən Avropaya cəmi 12–15 gün ərzində çatdırılmasına imkan verir. Bu, dəniz yolu ilə daşımalarla müqayisədə (təxminən 45 gün) xeyli sürətlidir və mövcud geosiyasi şəraitdə bir çox alternativ quru marşrutlarından daha təhlükəsizdir Bakı–Tbilisi–Qars dəmir yolu regional əlaqəliliyin gücləndirilməsi üçün bir katalizator rolunu oynayır”, – deyə politoloq bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler