Tenqri
Ana Səhifə
Dünya

Gürcü ekspert: Azərbaycan və Gürcüstanın daha sıx əməkdaşlıq etməsi vacibdir

Biz strateji tərəfdaş ölkələrik, çoxsaylı layihələri birgə həyata keçiririk və Cənubi Qafqazda təhlükəsizliyi, iqtisadi sabitliyi, eləcə də digər sahələrdə, o cümlədən hərbi kontekstdə əməkdaşlığı təmin edən bir tandemi təmsil edirik. Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin

0 baxışazertag.az
Gürcü ekspert: Azərbaycan və Gürcüstanın daha sıx əməkdaşlıq etməsi vacibdir
Paylaş:

Biz strateji tərəfdaş ölkələrik, çoxsaylı layihələri birgə həyata keçiririk və Cənubi Qafqazda təhlükəsizliyi, iqtisadi sabitliyi, eləcə də digər sahələrdə, o cümlədən hərbi kontekstdə əməkdaşlığı təmin edən bir tandemi təmsil edirik. Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri mühüm hadisədir Bu sözləri AZƏRTAC-a açıqlamasında gürcü ekspert Vaxo Caraia deyib “Hesab edirəm ki, ölkələrimizin mövcud potensialı hazırda istifadə etdiyimizdən qat-qat böyükdür. Bu, həm iqtisadi, həm də digər sahələrə aiddir. Mövcud regional münaqişələr fonunda Azərbaycan və Gürcüstanın daha sıx əməkdaşlıq etməsi vacibdir. Tərəflər bir-birinin mövqelərini maksimum dərəcədə dəstəkləməlidir”, - deyə o vurğulayıb Ekspert hesab edir ki, Orta Dəhliz konsepsiyası maksimum dayanıqlı və səmərəli olmalıdır ki, həm Gürcüstan, həm də Azərbaycan üçün ən yüksək fayda versin. Onun fikrincə, perspektivdə bu dəhliz Ermənistan üçün də müəyyən imkanlar yarada bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler