Əfqanıstanda dövlət qulluqçularına smartfonlardan istifadə qadağan edilib
Sənəddə qanunu pozan şəxslər cinayətkar kimi səciyyələndirilir və onlara hərbi məhkəmədə cinayət təqibinin mümkünlüyü barədə xəbərdarlıq edilir Hərbi məhkəmə məmurları əmrin tam yerinə yetirilməsini təmin etməli və onun icrası ilə bağlı Taliban rəhbərliyinə təminat verməlidirlər Bundan əlavə, nə

Sənəddə qanunu pozan şəxslər cinayətkar kimi səciyyələndirilir və onlara hərbi məhkəmədə cinayət təqibinin mümkünlüyü barədə xəbərdarlıq edilir Hərbi məhkəmə məmurları əmrin tam yerinə yetirilməsini təmin etməli və onun icrası ilə bağlı Taliban rəhbərliyinə təminat verməlidirlər Bundan əlavə, nəzarətdə olan hər bir şəxsin adı, vəzifəsi, xidmət yeri və mobil telefon nömrəsi qeyd olunan xüsusi izləmə siyahısı yaradılıb Sərəncam Talibanın Ədliyyə Nazirliyi tərəfindən ölkənin səkkiz zonasında Taliban Ali Məhkəməsinin hərbi şöbəsinin nəzdində fəaliyyət göstərən hərbi məhkəmələrin rəhbərlərinə çatdırılıb. Həmin rayonların polis komandirləri və kəşfiyyat idarələrinin rəhbərləri də göstərişlə bağlı məlumatlandırılıblar 2025-ci ildə Hibatullah Axundzadə Taliban üzvlərini smartfonlardan istifadəni azaltmağa çağırıb Keçən həftə Taliban hökumətinin Təhsil Nazirliyi tələbələrin məktəblərə və dini seminariyalara telefon gətirməsini qadağan edən göstəriş verib Əvvəllər Taliban qızların susmasını evliliyə razılıq kimi tanıyırdı Talibanın cinayət məcəlləsi Əfqanıstanı necə dəyişir - burada oxuyun


