Həkim olmaq istəyən İlyasova məhkəmə zalında həbs edilib
AzE Estetik Mərkəzinin direktoru Ülviyyə İlyasova Bakı Apellyasiya Məhkəməsində həbs edilib. Təqsirləndirilən şəxs qohumuna estetik əməliyyat etdirərək qohumunun ölümünə səbəb olmaqda ittiham olunur Bu barədə haqqin.az-a zərərçəkmiş tərəfin nümayəndəsi Ülvi Nağıyev məlumat verib. Vəkilin sözlərinə

AzE Estetik Mərkəzinin direktoru Ülviyyə İlyasova Bakı Apellyasiya Məhkəməsində həbs edilib. Təqsirləndirilən şəxs qohumuna estetik əməliyyat etdirərək qohumunun ölümünə səbəb olmaqda ittiham olunur Bu barədə haqqin.az-a zərərçəkmiş tərəfin nümayəndəsi Ülvi Nağıyev məlumat verib. Vəkilin sözlərinə görə, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlərin şikayəti əsaslandırılıb, İlyasova isə məhkəmə zalında həbs edilib. Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib Xatırladaq ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın əməliyyatdan sonra ölümü ilə bağlı cinayət işi açılıb. Müəyyən edilib ki, aprelin 15-də “AzE Estetik Mərkəzi” MMC-nin direktoru Ülviyyə İlyasova Vəliyevaya liposaksiya əməliyyatı edib. Daha sonra o, həkim nəzarəti olmadan evə aparıb. Ertəsi gün Vəliyeva kəskin qan itkisindən dünyasını dəyişib İlyasova qarşı Cinayət Məcəlləsinin 143-cü (təhlükə altında saxlama) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib - polis nəzarəti. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə İlyasova kənd tipli müəssisədə çəkilməsi üçün 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib Hər üç tərəf – zərərçəkmiş, təqsirləndirilən şəxs və ittiham tərəfi qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Zərərçəkmiş tərəfin nümayəndəsi Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə hökmü ləğv edərək işi yeni məhkəmə baxışına göndərib
.webp&w=2048&q=70)

