Tenqri
Ana Səhifə
Dünya

“Gəncə”nin baş məşqçisi: Rəhbərliyə verdiyim sözü yerinə yetirdim

Bu mövsüm komandamın ümumi çıxışından razı qaldım. Oyunçularım yaxşı performans nümayiş etdirdilər. Düşünürəm ki, onlar başqa klubların diqqətini cəlb ediblər Bu sözləri AZƏRTAC-a açıqlamasında “Gəncə” basketbol komandasının baş məşqçisi Halil Atlı deyib Türkiyəli mütəxəssis rəhbərliyə verdiyi söz

0 baxışazertag.az
“Gəncə”nin baş məşqçisi: Rəhbərliyə verdiyim sözü yerinə yetirdim
Paylaş:

Bu mövsüm komandamın ümumi çıxışından razı qaldım. Oyunçularım yaxşı performans nümayiş etdirdilər. Düşünürəm ki, onlar başqa klubların diqqətini cəlb ediblər Bu sözləri AZƏRTAC-a açıqlamasında “Gəncə” basketbol komandasının baş məşqçisi Halil Atlı deyib Türkiyəli mütəxəssis rəhbərliyə verdiyi sözü yerinə yetirdiyini bildirib “Bura gələndə klub rəhbərliyinə söz verdim ki, ölkə kubokunu qazanıb, liqada ilk “üçlük”də olacağıq. Lakin mənim oyun üslubuma uyğun basketbolçular transfer edilməlidir. Sağ olsun, onlar mənə bu işdə dəstək oldular. Bildiyiniz kimi, III MDB Oyunlarına görə Gəncədəki salonumuzda oyunlar keçirə bilmirdik. Rəhbərliyin göstərişi ilə 1 ay Qubada olduq. Mənim buradakı hədəfim kubok qazanmaq idi. Şükürlər olsun ki, bunu reallaşdırdım. Həmçinin biz eyni oyunçularla mövsümü başa vurduq. Bunu da müsbət hal kimi qiymətləndirərdim. Növbəti mövsüm avrokuboklara getmək şansımız var. Bunu çox istəyirik”, - deyə Halil Atlı qeyd edib Baş məşqçi gələcək haqqında danışmağın tez olduğunu söyləyib: “Mənim və oyunçuların növbəti ildə burada olması tamamilə rəhbərliyin qərarından asılıdır. Azərbaycanda çox xoşbəxtəm. Bu mövsümü bizimlə olan basketbolçulardan saxlamaq istədiyimiz var. Amma növbəti mövsümdə büdcəyə görə addım atılacaq” Qeyd edək ki, "Sabah" yarımfinalda "Gəncə"ni iki oyunda (96:67, 78:73) məğlub edərək adını finala yazdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler