Gənclər Kitabxanasından Mir Cəlal Paşayevin xairəsinə ehtiram ifadəsi
XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü tamamlandı. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yar

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü tamamlandı. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yaradıcılığından bəhs edən “Dövrün mənzərəsini ədəbiyyatımızda canlandıran böyük ziyalı” adlı biblioqrafik icmal hazırlanıb Kitabxanadan 525.az-a bildirilib ki, təqdim olunan vəsaitdə Mir Cəlal haqqında rəsmi sənədlərin tam mətni, layiq görüldüyü mükafatlar, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alıb. Bu materialda akademik Nizami Cəfərovun “Mir Cəlal, yaxud ədibin idealları”, professor Şirindil Alışanlının “XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni” adlı məqalələrin tam mətni də verilib Vəsaitdə alimin müəllifi olduğu və Azərbaycan, türk, rus dillərində nəşr edilən “Füzuli sənətkarlığı”, “Ədəbiyyatda romantizm”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Mirzə Ələkbər Sabirin sənət dünyası”, “İki rəssam”, “Azərbaycanda ədəbi məktəblər”, “C.Məmmədquluzadə realizmi haqqında” kimi 50-dən çox kitabın qısa annotasiyası və biblioqrafik təsviri var. Biblioqrafik icmalda görkəmli ədib haqqında qələmə alınan “Mir Cəlalın yaradıcılıq aləmi”, “Mir Cəlalın fikir dünyası”, “Mir Cəlalın milli idealları”, “Mir Cəlalın aforizmləri”, “Əbədiyaşar professor Mir Cəlal Paşayev” kimi kitablar, dövri mətbuatda və məcmuələrdə çıxan məqalələrin siyahısı da sərgilənir. Biblioqrafik icmal kitabxananın rəsmi saytında yerləşdirilib
Diğer Haberler

15 yaşından kiçik şəxslər üçün sosial media qadağası Rəsmi Qəzetdə nəşr olundu

İstanbul Respublika Baş prokurorunun müavini Osman Sağlamdan mərc araşdırması ilə bağlı açıqlama: Liqalar bitdikdən sonra əməliyyatlar sürətlə davam edəcək | T24
