Tenqri
Ana Səhifə
Dünya

Gəncədə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən konfrans

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə Gəncədə daha bir elmi konfrans həsr edilib 525.az xəbər verir ki, “Təbii ehtiyatlar, aqrosənaye tullantılarının tədqiqi və səmərəli istifadə olunmasında innovativ yanaşmalar” mövzusunda respublika elmi-praktik konfransı Gəncə Şəhər İcra H

0 baxış525.az
Gəncədə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən konfrans
Paylaş:

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə Gəncədə daha bir elmi konfrans həsr edilib 525.az xəbər verir ki, “Təbii ehtiyatlar, aqrosənaye tullantılarının tədqiqi və səmərəli istifadə olunmasında innovativ yanaşmalar” mövzusunda respublika elmi-praktik konfransı Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Dövlət Universiteti və ARETN Bioresurslar İnstitutu tərəfindən AMEA-nın Gəncə Bölməsinin dəstəyi ilə təşkil edilib Konfransda ölkənin elmi-tədqiqat və ali təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunda baş tutan konfransdan əvvəl iştirakçılar mövzu üzrə elmi tədqiqatlara həsrolunmuş sərgiyə baxıblar Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və dövlətçiliyimizin banisi, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin anılması ilə başlayıb AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev konfransın iştirakçılarını salamlayaraq, bu elmi forumun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunduğunu, bu baxımdan Ümummilli Liderin Azərbaycanın dövlətçiliyinin formalaşdırılması və gələcəyi naminə bütün sahələrin, o cümlədən elmimizin davamlı inkişafına xüsusi diqqət yetirdiyini və bu günümüzdə cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin daha bir nəticəsi olaraq, qlobal ekoloji problemlər, o cümlədən iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu söz və əməl sahibinə çevrildiyinə diqqət çəkib Akademik Fuad Əliyev bu baxımdan, alim və tədqiqatçılarımızı müasir dünyanı təhdid edən ekoloji problemlərinin həllinə öz töhfələrini verməyə çağırıb, konfransın işinə uğurlar arzulayıb və bu konfransın materiallarının AMEA-nın Gəncə Bölməsinin dəstəyi ilə nəşr edildiyini və burada 120-dən çox elmi məqalənin yer aldığını bildirib Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun (Gəncə) direktoru, kimya üzrə fəlsəfə doktoru İmran Qasımov öz çıxışında konfransın məqsədləri haqda danışıb, onun proqramının çox zəngin olduğunu, məruzə və çıxışların biotexnologiya və ekoloji problemlərin həlli üçün qarşıda duran məsələlərdə alim və tədqiqatçıları yeni ideyalara istiqamətləndirə biləcəyinə inandığını bildirib O, həmçinin içində yaşadığımız “Şəhərsalma və memarlıq İli”nin məqsədlərini nəzrə alaraq, konfransın bir bölməsinin şəhərsalmada yaranan ekoloji problemlərin həlli məsələlərinə həsr olunacağını xüsusi vurğulayıb Konfransın moderatoru, Bioresurslar İnstitutunun direktor müvini Günel Tomuyeva tədbirin proqram və reqlamentinin qaydaları haqda məlumat verib Gəncə Dövlət Unuversitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov da bugünkü mötəbər elmi forum münasibətilə alimləri təbrik edərək, onun səmərəli keçəcəyinə ümid etdiyini dilə gətirib. O, qeyd edib ki, qlobal dünyanın tərkib hissəsi kimi, planetin qarşısnda duran çağırışların bilavasitə ölkəmizə də aidiyyatı var və bu baxımdan, alimlər ümumbəşəri problemlərin mahiyyətinə dərindən varmaqla onların həlli istiqamətində səylərini birləşdirməlidirlər Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri, tarix elmləri namizədi, dosent,əməkdar müəllim Asif Cavadov da çıxışı zamanı ali təhsil və elmi-tədqiqat müəssisələrinin səmərəli əlaqəli fəaliyyəti məsələlərinə toxunub Gəncə Şəhər İcra hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında İH başçısı Niyazi Bayramovun konfrans iştirakçılarına salam və uğur arzularını çatdıraraq, bugünkü respublika səviyyəli elmi konfransı xüsusən bölgələrdəki həlli vacib olan problemlərin diqqətə çatdırılması və araşdırılması yönündə əhəmiyyətli tədbir kimi dəyərləndirib Y.Bədəlov bugünkü konfransın dövlətçiliyimizin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə ithaf olunduğunu və bu mötəbər elmi forumun keçirilməsini ziyalıların və alimlərin Ulu Öndərin ölkəmizin və millətimizin daha işıqlı gələcəyi naminə yorulmaz fəaliyyətinə minnətdarlıq və ehtiram nümunəsi kimi dəyərləndirib. O, Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının bu gün Prezident İlham Əliyevin müasir dünyanın tələbləri baxımından böyük uğurla davam etdirdiyini və ölkəmizin daha işıqlı gələcəyi üçün hər birimizin fəal çalışmalı olduğunu qeyd edb Konfransın plenar iclasında həmçinin AR ETN Nəbatat Bağının Bitki ehtiyatları şöbəsinin müdiri iologiya elmləri doktoru, professor Aynur Bayramova, Azərbaycan Texnologiya Universiteti Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri biologiya elmləri doktoru, professor Əhəd Nəbiyev, Azərbaycan Texnologiya Universitetinin Tekstil və yüngül sənayenin texnologiyası kafedrasının müdiri, texnika elmləri doktoru, professor Cahangir Hacıyev, Azərbaycan Texnologiya Universitetinin Ətraf mühitin mühafizəsi kafedrasının müdiri kimya elmləri doktoru, professor Elşad Məmmədov, Aqromexanika Elmi-Tədqiqat İnstitutundan texnika elmləri doktoru, professor Şahlar Babayev, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrotexnologiya fakültəsinin dekanı, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Əfqan Hüseynov, Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini Fuad Quliyev və digər iştirakçılar çıxış ediblər Sonra konfransın istiqamətləri üzrəməruzələrinin dinlənilməsi başlayıb İki günlük respublika konfransı “Şəhərsalmada yaranan ekoloji problemlər və onun həlli yolları”, “Aqrosənayedə kompleks emal”, “Təbii ehtiyatların biotexnologiyası”, “Biotexnologiyalarda innovativ yanaşmalar”, “Təbii ehtiyatlardan səmərəli istifadə” və “Qida təhlükəsizliyində biotexnologiyalar” mövzularını əhatə edən altı bölmə üzrə davam edib. İştirakçılara sertifikatlar da təqdim edilib

Kaynak: 525.az

Diğer Haberler