Gəncədə günəbaxan tumu sexində baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-2
Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb. APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. *** 06:50 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri

Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb. APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. *** 06:50 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verməsi barədə məlumat daxil olub. APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir *** 05:58 Gəncədə günəbaxan tumu sexində baş verən yanğın məhdudlaşdırılıb. APA-nın yerli bürosunun məlumatına görə, yanğın nəticəsində 1500 kvadratmetr sahə yanıb. *** 05:38 Gəncədə yanğın başlayıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb Belə ki, qəsəbə ərazisində yerləşən günəbaxan tumu sexində qəfil yanğın baş verib. Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri və ətraf rayonlardan yanğınsöndürən qüvvələri cəlb olunub Yanğının geniş olması söndürmə işlərində çətinliklər yaradıb. Hazırda alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
