Gəncədə Avropa Bilik Yarışı keçirilib
Bu gün Gəncədə Avropa Bilik Yarışı keçirilib 525.az xəbər verir ki, tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç, Aİ-yə üzv dövlətlərin səfirləri və diplomatları, media nümayəndələri, “Avropa Şəhərciyi” könüllüləri iştirak ediblər Səfir qeyd edib ki, Aİ gənclərin daha parlaq

Bu gün Gəncədə Avropa Bilik Yarışı keçirilib 525.az xəbər verir ki, tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç, Aİ-yə üzv dövlətlərin səfirləri və diplomatları, media nümayəndələri, “Avropa Şəhərciyi” könüllüləri iştirak ediblər Səfir qeyd edib ki, Aİ gənclərin daha parlaq gələcək qurmaq səylərini dəstəkləyir və regionlarda yaşayan gənclərlə əməkdaşlığa xüsusi önəm verir. Regionlarda ənənəvi yay məktəbləri təşkil edir. Son belə yay məktəbi İsmayıllıda keçirilib.10 -11 oktyabrda isə Bakıda növbəti təhsil sərgisi keçiriləcək Səfir bildirib ki, bu tədbirlər vasitəsilə gənclər bir-birindən öyrənirlər. Gənclər cəmiyyətlər arasında körpülər qurmaqda mühüm rol oynayırlar. Mariyana Kuyunciç deyib ki, bu il Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın 30 ili tamam olur: "1996-cı ildən bəri kənd təsərrüfatından tutmuş biznesin inkişafına, səhiyyə, təhsil, ətraf mühit və bir çox digər sahələrdə Azərbaycan xalqına faydalı olan yüzlərlə layihə həyata keçirilib. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olmaqdan qürur duyur. Minlərlə tələbə Erasmud çərçivəsində Avropada təhsil alıb. 2016-cı ildə Gəncə "Avropa Gənclər Paytaxtı" elan edilib və bu münasibətilə ilk dəfə " Avropa Şəhərciyi" təşkil edilib. Sabah yenidən Gəncədə "Avropa Şəhərciyi" keçiriləcək"


